Icma.az
close
up
RU
Banklardan rekord həcmdə kredit qoyuluşu

Banklardan rekord həcmdə kredit qoyuluşu

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Cari ilin 2 ayında iqtisadiyyata 30 milyard manata yaxın kredit yönəldilib

Azərbaycanda təmin edilmiş sağlam və münbit investisya mühiti ölkə iqtisadiyyatına yönələn sərmayələrin və kapital axınlarının artmasına səbəb olmaqdadır. Ötən ildə əhəmiyyətli həcmlərdə iqtisadiyyata yatırılan sərmayə qoyuluşları 2025-ci ilin ilk aylarında da davam edib. 2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard manatdan çox investisiya yönəldilib. İnvestisiyanın 1,6 milyard manatı və ya 77,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Qeyd edilən dövrdə iqtisadiyyata kredit qoyuluşları da xeyli artıb və cəmi 2 ayda kreditlərin həcmi 29 milyard 402 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 19,4 faiz çoxdur. Kredit qoyuluşunun 20 milyard 382,2 milyon manatı və yaxud 69,3 faizi özəl bankların payına düşüb. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşu 7 milyard 210 milyon manat təşkil edib. Bu, illik müqayisədə 22,8 faiz  çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 23,8 faizdən 24,5 faizə yüksəlib. Martın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu da artaraq 1 milyard 810 milyon manatı ötüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3,2 faizdən 6,2 faizə çatıb.

“Yaşıl kreditləşmə” genişlənir

Yeri gəlmişkən, ötən dövrdə bank sektorunun “yaşıl layihə”lərə də kredit qoyuluşları artıb. Mərkəzi Bank tərəfindən ötən il təsdiqlənmiş “Yaşıl Taksonomiya” sənədi ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması, daxili və xarici resursların “yaşıl” və dayanıqlı layihələrə yönəldilməsi, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsi, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı önə çıxan layihələrə dəstək verilməsini nəzərdə tutur. Məhz bu prinsiplərə uyğun olaraq bank sektoru bərpa olunan enerji, su resurslarının dayanıqlı idarə edilməsi, çirklənmənin qarşısının alınması və ona nəzarət, dayanıqlı kənd təsərrüfatı, fermer təsərrüfatı, biomüxtəliflik və mühafizə, “yaşıl binalar” və dayanıqlı inşaat, “yaşıl xidmətlər” sahələrinə kreditləşməni artırıb.

2024-cü ildə təkcə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən səkkiz “yaşıl” layihəyə 2,6 milyon manat güzəştli kredit verilib. Bu cür layihələrin maliyyələşdirilməsinin həcmi 2023-cü illə müqayisədə 4,72 dəfə artıb və bu məbləğ ifadəsində 2,05 milyon manat deməkdir.

“Yaşıl istiqraz və səhm” buraxılışına hazırlıq

Hazırda dünya bank sektoru bu vəsaitləri müxtəlif alətlərlə təmin etməyə çalışır. Həmin alətlərdən biri “yaşıl istiqrazlar”dır. Azərbaycanın bank sistemi üçün də bu istiqrazların emissiyası vacib hesab edilir və bunun üçün qabaqcıl beynəlxalq təcrübə hərtərəfli nəzərdən keçirilir. “Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər nov xususi ekoloji layihələri dəstəkləmək və sosial və ətraf muhitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək uçun sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə  öz səmərəsini verməkdədir.

“Yaşıl maliyyə” alətlərindən biri olan “yaşıl səhm”lər də ekoloji cəhətdən təmiz texnologiyaların genişləndirilməsi və iqlim dəyişikliyinin azaldılması istiqamətində emissiya edilən səmərəli maliyyə alətidir. Beynəlxalq Maliyyə Korporasiyasının hesabatında “yaşıl səhm”lərin son 4 ildə emissiyasının 230 milyard dolları ötdüyü qeyd olunur. Hazırda Dunya Bankı “yaşıl istiqraz” və “yaşıl səhm” buraxılışında əsas maliyyə institut və emitent kimi fəallığını daha çox artırmaqdadır. Bank son 5 ildə 200 milyard dollara yaxın istiqraz emissiya edib. Həmçinin Avropa Komissiyası “yaşıl” istiqrazlar”ın emissiyasına 20 milyard avroya yaxın vəsait xərcləyib.

Bütün bunları nəzərə alan Azərbaycanın bank icması beynəlxalq institutlarla, o cümlədən Dünya Bankı  və Avopa Komissiyası ilə bu istiqamətdə əməkdaşlığı artırmağı düşünür.

ELBRUS

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri