Icma.az
close
up
RU
BANM də Beynəlxalq Elmi Konfransların qalibləri mükafatlandırılıb

BANM də Beynəlxalq Elmi Konfransların qalibləri mükafatlandırılıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 may, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi konfranslarının bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

BANM-dən AZƏRTAC-a verilən məlumata görə, BANM-in rektoru Elmar Qasımov çıxışında bildirib ki, bu cür beynəlxalq miqyaslı elmi tədbirlər gənc tədqiqatçıların inkişafı və elmi potensiallarının reallaşması baxımından mühüm platformadır. O, tədbirin yüksək səviyyədə təşkilinə görə tərəfdaş qurumlara və bütün iştirakçılara təşəkkürünü bildirib.

Öz növbəsində BANM-in Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova iştirakçıların yüksək elmi səviyyədə hazırladığı məruzələrin konfransın ümumi keyfiyyətinə töhfə verdiyini vurğulayıb.

“SOCAR Downstream Management” şirkətinin baş direktorun müşaviri Rasim İbrahimov, eləcə də "PAŞA Sığorta" şirkətinin Məlumat Bazası İdarəetmə Şöbəsinin rəhbəri Faiq Nəsirli çıxış ediblər. Çıxışçılar tədbirin əhəmiyyətindən bəhs edərək bildiriblər ki, bu cür elmi platformalar tələbə və gənc tədqiqatçıların bilik və bacarıqlarını nümayiş etdirmələri, eləcə də sənaye mütəxəssisləri ilə birbaşa əlaqə yaratmaları baxımından olduqca dəyərlidir.

Qeyd olunub ki, builki konfranslara yerli və xarici gənc tədqiqatçıdan 340 müraciət daxil olub. Müraciətlərdən 300-ü müsbət rəy alıb ki, bu da ümumi müraciətlərin 88 faizini təşkil edir. BANM-dən isə 198 tələbə və gənc tədqiqatçı bu mühüm elmi tədbirə qoşulub.

Daha sonra “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, İNFOTECH 2024 və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzuları üzrə qaliblər müəyyənləşib.

Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutu (Gəncə), Sumqayıt Dövlət Universiteti, AR ETN Neft-Kimya Prosesləri İnstitutu, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Texniki Universiteti, AR ETN İdarəetmə Sistemləri İnstitutu, AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Qərbi Kaspi Universitetinin qalib olan tələbələri və gənc tədqiqatçıları mükafatlandırılıb.

Konfranslarda BANM-in tərəfdaşları “SOCAR Polymer”, “SOCAR Downstream”, SOCAR AQŞ, “Caspian Innovation Center”, “Bahar Enerji”, “Maire”, “Huawei”, “Bank Respublika”, “PAŞA Sığorta”, “Emerson”, “AzerGold” QSC və ABB şirkətləri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 May 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri