Beynəlxalq Xankəndi Ultramarafon yarışının qalibləri mükafatlandırılıb FOTOLAR
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qəbələ-Xankəndi ultramarafonunda ilk mərhələnin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA xəbər verir ki, qaliblərə mükafatları Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Gənclər və İdman nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov təqdim edib.
Ultramarafonu məsafəsini ilk 3-lükdə gələn idmançılara hədiyyə, finişə çatan atletlərə finişer medalı və sertifikatı verilib.
İlk mərhələnin qalibi türkiyəli atlet Üzeyir Söyləməz olub. İkinci yeri onun həmyerlisi Ömər Alkanoğlu, üçüncü yeri isə gürcüstanlı Giorgi Lomidze tutub.
Qadınlardan isə Ukrayna təmsilçisi Olena Şevçenko ən yaxşı nəticəni göstərib. Türkiyədən olan Hasibe Demir ikinci, moldovalı Svetlana Şepelyova üçüncü yerdə qərarlaşıb.
Aprelin 13-dək keçiriləcək ultramarafon yarışında 21-i qadın olmaqla 81 nəfər mübarizə aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 10 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















