Icma.az
close
up
RU
Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib AMANAT ın sədri

Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib AMANAT ın sədri

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib. SİA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu sözləri “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən “AMANAT” partiyasının İcra katibi Daulet Kəribek tədbir iştirakçıları ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın ürəyi, tarixi ədalətin bərpasının simvolu olan Şuşada yenidən görüşməkdən məmnunluq duyduğunu deyib.

O, Yeni Azərbaycan Partiyasına ənənəvi qardaşlıq qonaqpərvərliyinə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib. Bu, şəhərin dialoq, həmrəylik və əməkdaşlıq platforması kimi artan rolunun bariz göstəricisidir: "Konfransın Azərbaycan tarixinin mühüm günlərindən biri – Milli Qurtuluş Günü ərəfəsində keçirilməsi də rəmzi xarakter daşıyır. Məhz 32 il əvvəl Heydər Əliyev Azərbaycan xalqını və dövlətçiliyini parçalanmaqdan xilas etmiş, ictimai-siyasi sabitliyi bərpa etmişdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi, Heydər Əliyev müasir, dinamik inkişaf edən Azərbaycanın memarı hesab olunur. Onun müdrik rəhbərliyi altında ölkədə dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirildi. Bu çətin və mürəkkəb yolu keçərək Azərbaycan böyük irəliləyişə nail oldu və dünya birliyinin nüfuzlu üzvünə çevrildi. Heydər Əliyevin həyatı xalqa fədakar xidmət nümunəsidir.”

“AMANAT” partiyasının İcra katibi Azərbaycanın davamlı inkişaf etdiyini və beynəlxalq nüfuzunun gücləndiyini vurğulayıb. Onun sözlərinə görə, ölkə özünün memarı Heydər Əliyevin arzuladığı uğurlara çatmaqdadır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu önə çəkən D. Kəribek vurğulayıb ki, artıq bir neçə ildir Milli Qurtuluş Günü məhz Şuşada qeyd olunur: "Panel sessiyamızın başlığına diqqət yetirsək, əsas məqam yeni dövr anlayışıdır. Doğrudan da, bir neçə il əvvəl az ehtimal edilən bir çox məqamlar bu gün artıq narahatedici reallıq olaraq gündəmdədir. Təəssüf ki, yeni dövr sakit şəkildə keçmir. Ekspertlərin fikrincə, 2024-cü il İkinci Dünya müharibəsindən sonra ən çox münaqişə yaşanan il olub, dünyada silahlı qarşıdurmaların sayı artmışdır. Müxtəlif qiymətləndirmələrə görə, 50 ölkədə aktiv münaqişələr qeydə alınıb. Narahatlıq doğuran məqam isə, bu qarşıdurmaların əsasının dəyərlər toqquşmasının təşkil etməsidir. Bu isə qarşıdurmaların uzunmüddətli və çətin xarakter daşımasına səbəb olur".

D.Kəribek bildirib ki, eyni zamanda, insanlıq artan iqlim çağırışları ilə də üz-üzədir. "Müşahidələrə görə, 2024-cü il ən isti il olub. Bu isə tək xəbərdarlıq siqnalı deyil. Ötən il çoxsaylı təbii fəlakətlər – daşqınlar, qasırğalar, yanğınlar baş vermişdir. Təsadüfi deyil ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 iqlim tədbirində çıxış edən BMT Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə mübarizədə təxirəsalınmaz addımlar atmağa çağırış etdi. Münaqişələr və iqlim dəyişikliyi nəticəsində bu il BMT-nin proqnozlarına görə 305 milyon insana humanitar yardım lazım olacaq".

Bu gün siyasi partiyaların əhəmiyyətinin və rolunun daha da artığına diqqət çəkən “AMANAT” partiyasının İcra katibi partiyalararası dialoq vasitəsilə ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndiyini deyib. "Parlament çoxluğunu təmsil edən partiya kimi “AMANAT” partiyalararası tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir. Xüsusilə, Rusiya, Çin, Türkiyə, Özbəkistan, Tacikistan, Vyetnam və Azərbaycan partiyaları ilə əməkdaşlıq gücləndirilir. Bunu intensiv partiyalararası təmaslar, qarşılıqlı səfərlər və əməkdaşlıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi təsdiqləyir. Ötən il “AMANAT” və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq haqqında imzalanmış Memorandum partiyalararası qarşılıqlı fəaliyyətin möhkəmlənməsinin parlaq nümunəsidir. Sənəd partiyalararası dialoqun dərinləşməsinə, dostluq və mehriban qonşuluq münasibətlərinin güclənməsinə xidmət edir", -deyən D.Kəribek bu cür əlaqələrin möhkəmləndirilməsinin regionun inkişafı və təhlükəsizliyi məsələlərində ortaq yanaşmaların formalaşmasına, qarşılıqlı etimad və anlayış atmosferinin yaranmasına töhfə verdiyinə əmin olduğunu bildirib.

Ziya Hikmətoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyun 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see265

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see252

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see233

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see191

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see159

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see155

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see148

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see144

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see142

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see135

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see134

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see133

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see131

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see129

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri