Icma.az
close
up
RU
BANM də III Biznes forum keçirilib

BANM də III Biznes forum keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-cu ildönümünə həsr olunmuş “Kiçik və orta biznesin (KOB) gələcəyi: potensial, çağırışlar və innovativ həllər” mövzusunda III BANM Biznes-forumu keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə çıxış edən rektor Elmar Qasımov rəhbəri olduğu ali məktəbin biznes və elm arasında körpü rolunu oynadığını, bu cür forumların isə ali təhsil müəssisəsinin strateji inkişaf planlarında xüsusi yer tutduğunu deyib.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, “BERC&Partners”in həmtəsisçisi və biznes üzrə ekspert Kənan Ağayev və Mərkəzi Asiya Universitetinin (CAU) Biznes fakültəsinin dekanı Odiljon Abdurazzakov çıxış ediblər.

Çıxışlarda ölkədə KOB sektorunun inkişafının iqtisadiyyatın şaxələndirilməsi, məşğulluğun artırılması və innovasiyaların təşviqi baxımından vacibliyi vurğulanıb. Həmçinin KOB-ların üzləşdiyi əsas çağırışlar, rəqabət qabiliyyətinin artırılması və dövlət dəstəyi barədə fikirlər səsləndirilib.

Daha sonra forum çərçivəsində panel sessiyalar təşkil olunub. SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəis müavini Təbriz Əmmayev və “Veysəloğlu” Şirkətlər Qrupunun korporativ kommunikasiyalar direktoru Sənubər Nəzərova moderator qismində çıxış ediblər.

Sessiyalarda müxtəlif sahələr üzrə mütəxəssislər KOB-ların rəqabət qabiliyyətinin artırılması, idarəetmə modelləri, maliyyə alətləri və rəqəmsal transformasiya mövzularında fikir mübadiləsi aparıblar.

BANM-in Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov, “BERC&Partners”dən Kənan Ağayev və KOBİA-nın şöbə müdiri Altun Yasinli KOB mühitinin təkmilləşdirilməsi və bu sahədəki çağırışlara toxunublar. Eləcə də Azərbaycan Fintex Assosiasiyasının icraçı direktoru Azər Əkbərov və insan resursları üzrə ekspert Mübariz Şahbazlı texnoloji trendlər, “FinTech” imkanları və KOB-larda insan kapitalının önəmini iştirakçılarla bölüşüblər.

Biznes-forum BANM, KOBİA və “BERC&Partners” tərəfindən birgə təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri