Icma.az
close
up
RU
III Beynəlxalq Aqro Biznes Forumuna hazırlıq

III Beynəlxalq Aqro Biznes Forumuna hazırlıq

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı il oktyabrın 9-da Bakıda aqrar sektorun nümayəndələrini, biznes dairələrini və beynəlxalq tərəfdaşları bir araya gətirəcək III Beynəlxalq Aqro Biznes Forumu keçiriləcək.

Azərbaycan – Türkiyə İş Adamları Birliyi (ATİB), Biznes TV və “Agriconnect Türkiye”nin təşkilatçılığı ilə keçirilən forumun əsas məqsədi aqrar sektorda fəaliyyət göstərən şirkətlər arasında dayanıqlı B2B tərəfdaşlıqların qurulması, yeni biznes əlaqələrinin yaradılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Forum çərçivəsində beynəlxalq əməkdaşlıq, innovativ texnologiyalar, investisiya imkanları, yeni biznes modelləri, yerli və xarici bazarlara çıxış və aqrar sektorun inkişaf perspektivləri müzakirə olunacaq.

III Beynəlxalq Aqro Biznes Forumunda, ümumilikdə, 250 nümayəndə və şirkətin iştirakı nəzərdə tutulur. Forumda kənd təsərrüfatında innovasiyaların və qabaqcıl texnologiyaların tətbiqi, şirkətlərin qlobal rəqabətqabiliyyətliliyinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış məsələləri diqqət mərkəzində olacaq.

Toplantı çərçivəsində aqrar sahənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən biznes nümayəndələri arasında B2B görüşlər təşkil olunacaq. İştirakçılar öz məhsul və xidmətlərini təqdim etmək, potensial tərəfdaşlarla birbaşa əlaqələr qurmaq, yeni əməkdaşlıq imkanlarını müzakirə etmək və biznes əlaqələrini genişləndirmək imkanı əldə edəcəklər. Forum proqramında müvafiq dövlət və özəl qurumlarla görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Qeyd edək ki, III Beynəlxalq Aqro Biznes Forumu artıq ənənə halını alan beynəlxalq biznes platformasının davamıdır. Layihə rəhbəri Nigar Ələsgərovanın sözlərinə görə, 2023-cü ildə keçirilən ilk forumda 10 ölkədən 55 şirkət və 900 nəfər nümayəndə iştirak etdiyi halda, 2024-cü ildə təşkil olunan ikinci foruma isə 10 ölkədən 30 şirkət və 2 min iştirakçı qatılıb. Forumun 4-cü dəfə 2027-ci ilin may ayında keçirilməsi planlaşdırılır.

III Beynəlxalq Aqro Biznes Forumunun Baş Sponsoru — Ziraat Bank Azərbaycandır. Forumun sponsorları sırasında “Agro Union” MMC, “ELBA CHEM” QSC və “Aqromarket Servis” MMC yer alır. Aqrar İnnovasiya Mərkəzi isə toplantının rəsmi tərəfdaşıdır. Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycandakı Amerika Ticarət Palatası və Türk Dünyası Tarım Birliyi isə forumun tərəfdaşları sırasındadır.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri