Icma.az
close
up
RU
BANM in tələbəsi: Prezident təqaüdü mənim üçün həm nailiyyət, həm də böyük məsuliyyətdir

BANM in tələbəsi: Prezident təqaüdü mənim üçün həm nailiyyət, həm də böyük məsuliyyətdir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC

Prezident İlham Əliyevin “2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Xədicə İsmayılzadə də bu təqaüdə layiq görülüb. O, çalışqanlığı, ailəsinin və müəllimlərinin dəstəyi sayəsində ciddi hazırlaşaraq ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərib və respublikada II ixtisas qrupu üzrə birincilik əldə edib. Xədicə İsmayılzadə AZƏRTAC-a müsahibəsində öz uğurundan, planlarından və Prezident təqaüdünün onda yaratdığı məsuliyyət hissindən danışıb.

Xədicə İsmayılzadə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur. O, 9 və 11-ci sinifləri fərqlənmə — qırmızı attestatla başa vurub. Təhsil həyatında uğur qazanmaq üçün qətiyyətlə çalışan Xədicə gündəlik həyatının böyük hissəsini dərslərinə ayırdığını bildirir: “Məqsədimə çatmaq üçün çox çalışdım. Demək olar ki, günümün çox hissəsini dərslərə həsr edirdim”.

Səylərinin nəticəsi olaraq o, buraxılış imtahanında maksimum nəticə olan 300 bal, blok imtahanında isə 380 bal toplayaraq ümumilikdə 680 bal ilə II ixtisas qrupu üzrə respublika birincisi olub. Bu uğur onun yalnız bilik və zəhməti ilə deyil, həm də ailəsinin və müəllimlərinin dəstəyi ilə mümkün olub: “Bu uğuru qazanmağımda hər zaman mənə arxa-dayaq olan valideynlərimə və əməyi keçən müəllimlərimə borcluyam. Eyni zamanda, keyfiyyətli təhsil və öyrənmək üçün münbit şərait yaradan, uğurlarımızda daim bizə dəstək olan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin rəhbərliyinə və müəllimlərinə təşəkkür edirəm”.

Fənlər arasında Xədicənin ən çox maraq göstərdiyi sahə riyaziyyat olub. Bu maraq onun gələcək ixtisas seçiminə də təsir göstərib.

“Uşaqlıqdan maliyyə ixtisasına xüsusi marağım var idi. Hər iki valideynimin iqtisadçı olması və riyaziyyata olan həvəsim bu marağın formalaşmasında mühüm rol oynayıb”.

Xədicə İsmayılzadə Prezident təqaüdünə layiq görülməsini sadəcə bir nailiyyət deyil, eyni zamanda, məsuliyyət kimi dəyərləndirir: “Prezident İlham Əliyevin təhsilə verdiyi önəmin, diqqətin bir göstəricisi olan Prezident təqaüdünə layiq görülmək ailəm və xalqım qarşısında məsuliyyətimi daha da artırır”.

Müsahibimiz gələcək planları haqqında belə deyir: “Öz sahəmdə ən qabaqcıl mütəxəssislərdən olmaq üçün nə lazımdırsa, gücüm daxilində etməyə hazıram”.

Xədicə uğur qazanmaq istəyən həmyaşıdlarına isə bu tövsiyəni verir: “Çox çalışsınlar, həvəsdən düşməsinlər. Bugünkü yorğunluğun sabahın parlaq gələcəyinə yol açdığına inansınlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri