BANM və Boğaziçi Universitetinin rektorları arasında görüş olub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 22 aprel, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbulda keçirilən Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirak edərkən Boğaziçi Universitetinin rektoru professor Naci İnci ilə görüşüb.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Görüş zamanı Liderlik Akademiyasının əldə etdiyi uğurlar bir daha yüksək qiymətləndirilib, universitetlər arasında qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.
Daha sonra BANM nümayəndə heyəti Boğaziçi Universitetinin Karyera Mərkəzinin fəaliyyəti və iş prinsipləri ilə tanış olub.
Səfər çərçivəsində müvafiq təcrübənin praktik şəkildə öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili barədə razılığa gəlinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 22 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















