Icma.az
close
up
RU
Koreyada BMU və İNHA Universitetinin rektorları arasında görüş keçirilib FOTOLAR

Koreyada BMU və İNHA Universitetinin rektorları arasında görüş keçirilib FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdədir. 

"Unikal" xəbər verir ki, BMU ilə  İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) üzrə Rəhbər Komitənin növbəti iclasında iştirak etmək məqsədilə gerçəkləşən səfər çərçivəsində iki ali təhsil ocağı arasında görüş keçirilib.

Görüşdə İNHA Universitetinin rektoru Cho Myeong Voo Azərbaycana son səfəri çərçivəsində ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İki ölkə arasında inkişaf edən əlaqələrin möhkəmlənməsində təhsil sahəsində əməkdaşlığın xüsusi payının olduğunu vurğulayan rektor hazırda BMU-İNHA İDP çərçivəsində təhsil alan tələbələrin bu münasibətlərin gələcək inkişafında önəmli rol alacaqlarına inandığını bildirib.

BMU-nun rektoru Yaqub Piriyev səmimi görüşə və xoş sözlərə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan danışan rektor bu sənəd çərçivəsində həyata keçirilən ikili diplom proqramlarının önəmini vurğulayıb. BMU-İNHA İDP-nin uğurlu icrası üçün indiyə qədər Azərbaycan dövləti tərəfindən atılan addımları qeyd edən Yaqub Piriyev, həmçinin proqram üzrə sonuncu kursu Koreyada təhsil alan tələbələr üçün Dövlət İmtahan Mərkəzi tərəfindən onlayn formatda təşkil olunan magistraturaya qəbul imtahanlarına diqqət çəkib və  yaradılmış şəraitə görə rektor Cho Myeong Vooya  təşəkkürünü bildirib. Rektor çıxışının sonunda həmkarını Azərbaycana BMU-İNHA İDP tələbələrinin növbəti məzun gününə dəvət edib.

İclas qarşıda duran məsələlər, habelə gələcəkdə İDP-nin Süni intellekt və Data analitikası kimi ixtisaslar üzrə icrası istiqamətində fikir mübadiləsinin aparılması ilə davam edib. 

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti üçün təşkil olunan sahə gəzintisində İNHA Universitetinin maddi-texniki bazası barəsində ətraflı məlumat verilib. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 May 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri