Icma.az
close
up
RU
BAP sədri: “Azərbaycan D8də böyük potensiala malikdir” Yeni Çağ Media

BAP sədri: “Azərbaycan D8də böyük potensiala malikdir” Yeni Çağ Media

Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.

“Azərbaycan D-8-də nisbətən kiçik ölkə olsa da, böyük potensiala malikdir”.

Bunu Yenicag.az-a açıqlamasında D-8 platformasının Azərbaycan üçün perspektivlərindən danışan Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Onun sözlərinə görə, enerji resurslarını çıxmaq şərtilə Azərbaycan indiyə qədər iqtisadi baxımdan dar çərçivədə fəaliyyət göstərib:

“Bu resursların ixracı, xüsusilə yaxın ərazilərə – Rusiya və digər qonşu ölkələrə yönəlib. Enerji resurslarının xaricə ixracı ilə yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi ölkəmiz adına mühüm əhəmiyyət kəsb edir. D-8 isə iqtisadi və insan resursları baxımından böyük ölkələri əhatə etdiyi üçün geniş imkanlar vəd edir. Azərbaycan burada nisbətən kiçik ölkə olsa da, böyük potensiala malikdir. Burada qardaş ölkə Türkiyənin dəstəyi xüsusi qeyd edilməlidir. D-8 üzvlüyü Azərbaycanın iqtisadi əlaqələrinin inkişafı və yeni bazarlara çıxışında mühüm rol oynaya bilər. Biz də bu böyük bazarın əsas iştirakçılarından biri olmaq niyyətindəyik”.

BAP sədri əlavə edib ki, müasir dövrdə iqtisadi inteqrasiya hər bir sahədə böyük əhəmiyyət daşıyır:

“D-8 ölkələri arasında Türkiyə ilə yanaşı, digər böyük potensiala malik ölkələr də mövcuddur. Əsas məqsəd bu inteqrasiyanın bir hissəsi olmaqdır. Üzv olduqdan sonra iqtisadi inkişaf üçün yeni imkanlar və əlaqələr yaranır. Biz bu əlaqələrdən səmərəli istifadə etməliyik və edəcəyik. Son 500 ildə dünyanı Qərb idarə edir. İqtisadi baxımdan dünya Qərbdən asılı vəziyyətdədir. Dünyada əsas məzənnənin dollar olması bunu deməyə əsas verir. Avropa İttifaqına, Ümumdünya Ticarət Təşkilatının öz maraqları var”.

“Sadalanan amillər nəzərə alındıqda , xüsusilə müsəlman ölkələri öz iqtisadi maraqlarını qorumaq üçün ayrıca platformalar qurmaq məcburiyyətindədirlər. Növbəti mərhələdə diqqətimizi daha geniş iqtisadi arenaya yönəltməliyik. Bu platformalarda aktiv iştirak etməliyik ki, milli maraqlarımızı qoruyaraq beynəlxalq iqtisadi sistemdə öz yerimizi möhkəmləndirək”, – deyə deputat bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 10 Yanvar 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri