Icma.az
close
up
RU
Azərbaycan D8də AKTUAL

Azərbaycan D8də AKTUAL

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. “Bu gün Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm.

Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir. Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir”.

Ölkəmiz ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub. Qahirə şəhərində keçirilən XI Sammitdə ölkəmizi Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasında, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq.

Bu çərçivədə, həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.

D-8 nədir?

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 (ingiliscə Organization for Economic Cooperation, also known as Developing-8) 8 müsəlman dövlətindən ibarət təşkilatdır. D8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulub. Təçkilat 15 iyun 1997 tarixində ölkələrin dövlət və hökumət başçılarının iştirakıyla İstanbulda, Türkiyənin dövr başçılığında rəsmi olaraq toplanıb. 15 iyun 2017-ci ildə İstanbulda, Çırağan Sarayında təşkilatın 20 illiyi qeyd edilib.
Təşkilatın əsaslandığı əsas qarşılıqlı əlaqə prinsipləri bunlardır: Münaqişələr əvəzinə sülh, mübahisələr əvəzinə dialoq, istismar əvəzinə kooperasiyalar, ikili standartlar əvəzinə hüquq, zülm əvəzinə demokratiya, diskriminasiya əvəzinə hüquqi bərabərlik.

Qeyd edək ki, 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.

D-8-dən D-9-a

Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv oldu. Bununla da təşkilatdakı üzvlərin sayı 9-a çatdı və bundan sonra təşkilat D-9 adlanacaq. D-9 beynəlxalq qurumlara alternativ deyil, əsasən iqtisadi əməkdaşlığa üstünlük verir. D-9 çərçivəsində əməkdaşlıq aşağıdakı sektorlar əsasında həyata keçirilir: regionların, kənd təsərrüfatı və balıqçılığın inkişafı, yoxsulluğa qarşı mübarizə və insan resursları, elm və texnologiya, maliyyə, bankçılıq və özəlləşdirmə, ticarət, energetika, sənaye, sağlamlıq və ətraf mühit. Məqsəd böyük iqtisadi potensiala, müxtəlif resurslara, çoxsaylı əhaliyə və coğrafi əraziyə malik doqquz ölkə arasında yeni imkanları əldə etmək, ticarət əlaqələrini şaxələndirmək, beynəlxalq qərarların qəbulu proseslərində iştirakını artırmaq, daha yaxşı yaşayış təmin etməkdir.

D9 qlobal mahiyyətli təşkilatdır və inkişaf etməkdə olan başqa ölkələr üçün də açıqdır. Üzv ölkələr arasında iqtisadiyyat ən çox sənayeləşmiş (inkişaf etmiş) Türkiyədir. Onun ardınca İndoneziya, İran, Misir, Pakistan, Malayziya, Nigeriya və Banqladeş gəlir. Avropa, Asiya və Afrikanı, üç qitəni əhatə edən doqquz ölkənin ümumdaxili milli məhsulun həcmi hazırda 4.5 trilyon dolları ötüb. Təşkilata üzv ölkələrin ticarət dövriyyəsi 130 milyard dollardır. Qurum dünya müsəlmanlarının 60 faizini təşkil edir. İndiyədək təşkilat 11 zirvə toplantısı keçirib. Əvvəllər üzv ölkələrin adambaşına düşən gəliri 872 dollar idisə hazırda 1500 dollar civarındadır, ixracat 239 milyard dollardan 600 milyard dollara yaxınlaşıb, idxalat 235 milyard dollardan təxminən 500 milyard dollara yüksəlib.

İndiki D9 iqtisadi cəhətdən inkişaf edən müsəlman ölkələrin birliyinin yaradılması ideyası Türkiyədə XX əsrin ortalarında yaranıb. 1943-ci il sentyabrın 17-dən 1978-ci il iyunun 14-dək Türkiyədə "Böyük Doğu" ("Böyük Şərq") adlı məcmuə, dərgi yayımlanıb. Müasir dövrdə bu məsələ Türkiyənin baş naziri olmuş Nəcməddin Ərbakanın adı ilə bağlıdır. D9 "yeni dünya" qurmaq istiqamətində atılan mütərəqqi addımlardandır. Üzv ölkələrin yerləşdiyi bölgə uzun illərdir güclərin maraq meydanına çevrilib. Bu isə regional əməkdaşlığa, əmin-amanlığa, firavanlığa, sülhə daim əngəl olub. D9 yeni dünyanın qurulmasına dəvətlər, çağırışlar edir.

Azərbaycanın belə bir təşkilata üzv olması onun beynəlxalq aləmdə nüfuzunun artmasına nümunələrdəndir. Bu, respublikanın etibarlı bir dövlət olduğunu, davamlı, ardıcıl xarici siyasət yürütdüyünü göstərir. Azərbaycanın D8-ə qəbul edilməsi ona etimaddan irəli gəlir. Azərbaycan keçmiş SSRİ məkanında təşkilata üzv olan ilk dövlətdir. Bu quruma yeni təcrübə, baxış, yeni əlaqələr qazandıra bilər. Azərbaycan Avropa və Asiyanı birləşdirən ölkə olaraq fəaliyyətini D9-da davam etdirməsi üzv ölkələrə yalnız qazandıra bilər.

SİA-nın siyasət şöbəsi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Dekabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see180

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see172

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see135

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see134

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri