Icma.az
close
up
RU
Baqrat ölkəsinin dalandan çıxmasını istəmir

Baqrat ölkəsinin dalandan çıxmasını istəmir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Arxiyepiskop Baqrat Qalstanyan yenidən zühur edib. Zəngəzur dəhlizindən, anklavlardan danışıb. Bildirib ki, Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyasının Gürcüstandan başlayaraq İran sərhədinədək davam etməsi ölkəsi üçün təhlükəlidir. 

“İllərdir deyirdilər ki, Zəngəzur dəhlizi yoxdur, ola da bilməz. İndi də açıq şəkildə onun Bakıya “təslim” olmasından danışırlar. Onlar təkcə bu dəhlizdən deyil, həm də çoxdan xəbardar etdiyimiz anklavların təhvil verilməsindən danışırlar. İndi bunu həyata keçirməyə məcbur olduqları üçün gizlədə bilmirlər. Lakin buna imkan verə bilmərik. Çünki, haqqımız yoxdur. Bu səbəbdən yenidən ayağa qalxmalıyıq”.

Erməni araqarışdıranı birinci dəfə deyil ki, hayları vətəndaş itaətsizliyi aksiyalarına çağırır. Bundan əvvəl, o, Qazax rayonunun 4 kəndinin ölkəmizə qaytarılmasına qarşı Tavuş vilayətində başlanan etiraz aksiyalarına rəhbərlik edib. Lakin onun bu missiyası iflasa uğradı. Baqrat Qalstanyan etiraz aksiyasını bütün Ermənistan ərazisinə yaya bilmədi. O, normal elektoratı olmayan adi müxalifət liderinə çevrildi. Rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatı faktiki olaraq çökmüş vəziyyətdə düşdü. Bunu keşişin özü də etiraf etməli oldu: “Bəli, biz indiki mərhələdə uğursuzluğa düçar olduq, lakin insan zəkasına, hər cür maraq və intriqalara rəğmən mübarizəmiz davam edir. Axı, bu mübarizə biabırçı prosesi dayandırmaqdan, dövlətçiliyimizi bərpa etməkdən ibarətdir. Bəli, biz Kirants və Voskepar ərazilərinin verilməsi fəlakətini dayandıra bilmədik”.

Qeyd edək ki, ötən ilin mayında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin (6,5 kvadrat kilometr) Azərbaycana qaytarılması təmin edilib.

Xəyanətkar keşişin son açıqlaması isə onun vətənpərvərliyindən və ya Ermənistanın həyati maraqları ilə bağlı deyil. Bu, ilk növbədə, ölkəni qarışdırmaq və onun köməyi ilə hakimiyyətə gəlmək istəyənlərin maraqlarına xidmət edir. Qalstanyanın özünün hər hansı yolla hakimiyyətə gəlməsi mümkün deyil. Çünki nə intellekt səviyyəsi, nə də siyasi təcrübəsi var. Müxalifət liderləri də buna imkan verməzlər. Söhbət, “Qarabağ klanı”ndan və digər radikal müxalifətdən gedir. Müharibə, düşmənçilik onların biznesidir. Ermənistandakı anti-türk əhval-ruhiyyəsini də onlar qızışdırırlar. Keşiş də onların ağzı ilə danışır. 

Qeyd etmək yerinə düşər ki, bu dəfə də Paşinyana müxalif olanları ağır məğlubiyyət gözləyir. Çünki insanlar ətraflarında baş verənlərdən xəbərdardırlar. Müharibədə övladlarının ölməsini istəmirlər. Erməni politoloq Arutyun Mkrtçyanın açıqlamaları da bundan xəbər verir: “Anklavların qaytarılmasına qarşı çıxırsınızsa və ya delimitasiya, demarkasiya istəmirsinizsə, deməli müharibə istəyirsiniz. Əgər siz Azərbaycana məxsus olanı ona vermək istəmirsinizsə, o zaman siz ən azı danışıqlarda konstruktiv iştirak etmirsiniz və qarşı tərəfə problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verirsiniz”.

O daha sonra bildirib ki, bu, Ermənistan vətəndaşlarına yaxşı heç nə verməyəcək. Erməni politoloq tamamilə haqlıdır. Qalsatanyan kimi siyasətdən bixəbər avantüristlərin delimitasiyaya və anklavların sabihinə geri qaytarılmasına qarşı çıxışları Hayastana yaxşı heç nə vəd etmir. Bu, ölkəni fəlakətə sürükləyir.  Ölkəmiz istənilən halda anklavlar üzərində öz süverenliyini bərpa etmək gücündədir. Anklavlar üzərində nəzarətin ordumuz tərəfindən ələ keçirilməsi Ermənistanın özünün blokadaya düşməsi deməkdir. Çünki Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Kərki anklavları əraziyə nəzarət üstünlüklər verir. Onların köməyi ilə  Ermənistanı Gürcüstan və İranla birləşdirən dövlətlərarası yolu kəsmək üçün istifadə etmək olar.

Hayastanın da bizim ərazimizdə Başkənd (Artvaşen) adlı anklavı var. Amma onun strateji əhəmiyyəti yoxdur. Hər tərəfdən Azərbaycanın nəzarətində olan yüksəkliklərlə əhatə olunub və əsas yaşayış məntəqələrindən uzaq, ucqar dağlıq ərazidə yerləşdiyi üçün strateji baxımdan xüsusi maraq kəsb etmir.

Beləliklə, bizim Hayastanın ərazisində üç, onların isə ərazimizdə bir anklavı var. Zaman-zaman bu anklavların mübadiləsindən danışılır. Bu, problemi həll etməyin ən sadə yolu kimi təqdim olunur. Ən çox da anklavların dəyişdirilməsi təklifi qarşı tərəfdən gəlir. Amma yuxarıda qeyt etdiyimiz kimi, bizim anklavlar strateji əhəmiyyətə malikdirlər. Üstəlik, Sofullu, Yuxarı Əskipara/ Bərxudarlı, Kərki anklavlarının ərazisi Başkənd anklavınin ərazisindən çoxdur. İşğal olunmuş anklavların ümumi sahəsi, təqribən 60 kvadratkilometr təşkil edir, bu da Ermənistana aid olan Başkənd yaşayış məntəqəsinin ərazisindən 20 kvadratkilometr çoxdur. Deməli, bizim anklavların strateji əhəmiyyətindən əlavə ərazisi də böyükdür. 

Qarşıda isə bununla bağlı həll olunmalı problemlər çoxdur. Anklavlar qaytarılsa belə, azərbaycanlıların orada yaşaması problem olacaq. Çünki Ermənistandan keçib gedib-gəlməli olacağıq. Eynilə, Başkənd Ermənistana verilsə belə, ermənilər Azərbaycandan keçməli olacaqlar. Quru əlaqəsi üçün dəhlizə ehtiyac yaranacaq. Bundan başqa, bu məsələ ilə bağlı konkret razılaşmalar yoxdur. 

Ermənistan mətbuatının yazdığına görə, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, Ermənistanın Azərbaycanda anklavları var və Azərbaycanın Ermənistanda da anklavları olduğu ümumiyyətlə qəbul edilir: “Bu məsələlər siyasidir, lakin hüquqi tərəfi də var. Komissiyalara bu məsələ ilə məşğul olmaq üçün vaxt lazımdır, mən düşünmürəm ki, hər iki ölkə bu məsələni müzakirə etməyə hazırdır”. Görünən odur ki, anklavlar ilə bağlı məsələ uzun müzakirələrdən sonra həllini tapacaq. 

Ermənistanın baş naziri Nikol Paşinyan da eyni mövqeydən çıxış edir: Bildirir ki, Ermənistanla Azərbaycan arasında anklavlar mövzusu həmişə olub: “Biz özümüz bu mövzudan imtina edə bilmərik, çünki bizim Artvaşen var. Başqa bir məsələ odur ki, proses zamanı nəyin de-yure əsaslandırılıb, nəyin əsassız olduğu aydınlaşdırılmalıdır”. 

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev deyir: “Qalstyan və onun kimilərinin çağırışları ilə Ermənistanda ciddi hadisələrin baş verəcəyinə inanmıram. Hüquq prosesi çərçivəsində, mitinqlər əsnasında hakimiyyət dəyişikliyi də gözlənilmir. Vaxtaşırı belə çağırışlar olur, olacaq da. İnanmıram ki, nəticə versin. Çünki müxalifətin sosial bazası zəifdir və Paşinyanın istefasını, hakimiyyətdən getməsini hamı dəstəkləmir. Yenə deyrəm ki, həm diasporada, həm də daxildə Paşinyana qarşı müxalifət var. Amma hadisələr onu göstərdi ki, ölkədə hər hansı dəyişiklik üçün onların yetərincə qüvvəsi yoxdur. Ümumuiyyətlə, insanlar Ermənistanın siyasi həyatına maraqlı deyillər. Onlar müharibə ritorikasından beziblər. Heç kim düşünmək istəmir ki, gələcəkdə öz uşaqlarını müharibəyə yollasın və məlum nəticələr əldə etsin”.

Bəli, Hayastanda baş verən etiraz aksiyalarında, qarşıdurmalarda ən çox zərərçəkənlər adi insanlardır. Ona görə də, Qalstanyan kimi fırıldaqçıların çağrışlarına qulaq asıb küçələrə çıxacaqları reallıqdan uzaqdır.
Sözsüz ki, anklavlar məsələsi də danışıqlar yolu ilə həll olunacaq. Bu torpaqlar Azərbaycan ərazisidir. Bu ərazilərin

Azərbaycanın nəzarətinə qaytarılması məsələsi deliimitasiya prosesi çərçivəsində həllini tapacaq. Maraqlı tərəflər arasında danışıqların irəliləməsi üçün möhkəm siyasi, tarixi və hüquqi əsaslar var.

Pünhan ƏFƏNDİYEV 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri