Icma.az
close
up
RU
Barama bağçasından şikayət: Azyaşlı niyə qeydiyyatdan çıxarılıb? VİDEO

Barama bağçasından şikayət: Azyaşlı niyə qeydiyyatdan çıxarılıb? VİDEO

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azyaşlının şəkərli diabet xəstəsi olduğu üçün “Barama” uşaq bağçasından kənarlaşdırıldığı iddia edilir.

Hurriyyet.Media xəbər verir ki, uşağın anası Hədiyyə Qurbanəliyeva Xəzər TV-yə açıqlamasında bildirib ki, ona xəbərdarlıq edilmədən övladı bağçanın “Əcəmi” filialından uzaqlaşdırılıb.

Valideyn qeyd edib ki, uşağın bütün tibbi sənədləri qaydasındadır və o, mütəmadi həkim nəzarətindədir. Buna baxmayaraq, bağça rəhbərliyi xəstəliyi əsas gətirərək uşağın bağçada qalmasına məhdudiyyət tətbiq edib.

“Sentyabrın 1-i 2025-ci ildən doqquz ay bağçaya getdi, onuncu ay bildik ki, şəkərli diabetdir. İkinci qrup əlillik təyin olunub. Şəkərli diabet olduğuna görə bəhanə edirlər ki, tibb bacısı gah olur, gah olmur, amma yalan deyirlər”, – o əlavə edib.

H.Qurbanəliyevanın iddiasına görə, əvvəlcə onlara övladının 1-2 ay evdə dincəlməsinin məqsədəuyğun olduğu bildirilib. Daha sonra isə uşağın bağçada qalması üçün əlavə olaraq fərdi nəzarətçinin tutulması tələb edilib: “Mən onlara vəziyyəti izah etdim. Dedilər ki, uşaq bir az sağalsın, özünə gəlsin, danışarıq. Bildirdim ki, çıxarılma olacaqsa, indidən deyin, işimi bilim, çünki ödəniş edirəm. Qeyd etdilər ki, belə bir şey olmayacaq. Sonra isə bağçaya çağırıb dedilər ki, bu məsuliyyəti üzərimizə götürə bilmərik. Uşaq xəstədir deyə onu niyə cəmiyyətdən uzaqlaşdırsınlar? Niyə öz yaşıdlarından geri qalsın?”

Valideynin sözlərinə görə, bağça əməkdaşları dəfələrlə onlarla əlaqə saxlayaraq uşağın portal qeydiyyatından çıxarılmasını tələb ediblər. Onlar buna razılıq vermədiklərini bildirsələr də, sonradan uşağın qeydiyyatının ləğv edildiyi barədə məlumat alıblar. Qeydiyyatın ləğvi ilə bağlı onlara heç bir rəsmi sənəd, tibbi rəy və ya hüquqi əsas təqdim olunmayıb.

O deyib ki, bu yanaşma həm etik normalara, həm də uşaqların hüquqlarının qorunması prinsiplərinə ziddir. Bununla bağlı artıq aidiyyəti qurumlara müraciət edilib.

Müəssisə rəhbərliyi məsələ ilə bağlı iddialara aydınlıq gətirməyib.

Qeyd edək ki, daha öncə də “Barama Uşaq Bağçası”nın Yasamal filialı ilə bağlı şikayət edilmişdi.

Valideyn Muxtarova Səkinə Hüseyn qızı bildirmişdi ki, 3 yaşlı oğlu M.Muxtarov müəssisədə olduğu müddətdə autizm spektr pozuntusu olduğu ehtimal edilən başqa bir uşaq tərəfindən dəfələrlə dişlənib, qorxudulub və psixoloji təzyiqə məruz qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri