Icma.az
close
up
RU
Ermənilərə qalib gələn Ayşən milli komandadan niyə çıxarılıb? ŞİKAYƏT

Ermənilərə qalib gələn Ayşən milli komandadan niyə çıxarılıb? ŞİKAYƏT

Icma.az, Bakupost saytına istinadən bildirir.


Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev beynəlxalq turnirlərdə erməni rəqiblərini məğlub edən və yerli yarışlarda birinciliklər qazanan 14 yaşlı Ayşən Kərimlini 3 ildir milli komandadan kənarda saxlayır və beynəlxalq turnirlərdən məhrum edir.

Bu iddia ilə Bakupost.az -a “Xəzri” idman klubunun direktoru, Ayşənin atası Əli Kərimov müraciət edib.

Şikayətçinin sözlərinə görə, onun rəhbərlik etdiyi klubun üzvü Ayşən 2017-ci ildən peşəkar tennislə məşğuldur və son 8 il ərzində iştirak etdiyi bütün yerli turnirlərdə birincilik qazanıb.

“Beynəlxalq turnirlərdə isə bir dəfə 1-ci, bir dəfə isə 2-ci yeri tutub”, – deyə o əlavə edib.

Valideyn bildirib ki, 2021-ci ildə Federasiya prezidenti Oktay Əsədova aid Bakı Tennis Akademiyasında məşq prosesi üçün 4 il ərzində ondan 30 min manata yaxın pul alınıb:

“Oktay Əsədovla görüşdüm. O, Ayşəni milli komandanın baş məşqçisi Yalçın Manaflıya tapşırdı. 2022-ci ilin oktyabr ayına qədər Yalçın Manaflı Ayşən Kərimli ilə məşq etdi”.

Əli Kərimov iddia edir ki, 2021-ci ildə Federasiyaya daxil olan Mehman Qocayev onun etirazına görə Ayşənin yolunu kəsib:

“O, Federasiyanın vitse-prezidenti olandan sonra məşq prosesləri düzgün getmədiyinə görə mən bir klub direktoru və valideyn kimi öz etirazımı bildirdim. Mehman Qocayev bu etiraza görə Ayşənin yolunu kəsməyə başladı. 3 ildir pespublikada rəqib tanımayan Ayşən Kərimlini milli komandadan uzaq tutub, onu onlarla beynəlxalq turnirdən məhrum edib”.

Əli Kərimov bildirib ki, Ayşən 14 yaşı olmasına baxmayaraq, 12–16 noyabr 2025-ci ildə keçirilən Respublika birinciliyində 18 yaş kateqoriyasında qalib olub:

“Əslində hər hansı bir ölkədə bu nəticə sensasiya sayılır.16 noyabr 2025-ci il tarixdə Respublika birinciliyindən sonra, 18 noyabr 2025-ci il tarixdə Bakı Tennis Akademiyasında 1 saatlıq məşq prosesinə görə şəxsən Ayşəndən 80 manat pul alınıb. 40 manat kort, 40 manat məşqçi pulu”.

Şikayətçi həmçinin Gənclər və İdman Nazirliyinin məsələyə obyektiv yanaşmadığını qeyd edib:

“2022-ci ildə Fərid Qayıbovla görüşdüm. Vaxtının az olduğuna görə 3-4 dəqiqə ərzində qısaca problemləri ona çatdırdım. O dedi ki, araşdırılacaq. Bir məsələni araşdıranda faktlarla, sübutlarla hər iki tərəf dinlənilməlidir. Nazirlik Federasiyanı dinlədi, məni isə dinləmədi".

Ə.Kərimov bildirib ki, Ayşən 2022-ci ildə Antalyada keçirilən beynəlxalq turnirdə iki erməni idmançını məğlub edib. Lakin qayıtdıqdan sonra Federasiyanın rəhbərliyi Ayşənin milli komandadan çıxarıldığını bildirib:

“Bakıya qayıdanda gözləyirdik ki, Federasiyada Ayşəni təbrik edəcəklər. Əvəzində Federasiyanın baş katibi Bağır Əsgərəlizadə və Federasiyanın o vaxtkı vitse-prezidenti Salam Əsgərəlizadə bizi qəbul edərək bildirdi ki, nazir müavini Mariana Vasilyevanın tapşırığı ilə Ayşən millidən çıxarılır. Səbəb də yaşının az olmasıdır. Halbuki 2022-ci ildə 11 yaşlı Ayşən Kərimlinin qalib gəldiyi erməni tennisçilər Ayşənlə eyni yaşda idi”.

Məsələ ilə bağlı Azərbaycan Tennis Federasiyasına sorğu göndərdik. Qurumdan Bakupost.az-ın suallarına cavab olaraq bildirildi ki, bu problem neçə illərdir federasiya ilə valideyn arasında davam edir:

“İndiyədək uşaqla federasiya arasında heç bir problem olmayıb. Bütün narazılıqları yaradan Əli Kərimov olub. Çünki federasiyanın fəaliyyətinə, əsasnaməsinə uyğun olmayan tələblər qoyur. Bu halda da belə problemlər ortaya çıxır. Əgər biz valideynin dediyini etsək, digər uşaqlara qarşı ayrı-seçkilik və hörmətsizlik olar. Federasiyanın fəaliyyətinə uyğun olmayan tələblər və istəklər var. Valideyn olaraq gəlib məşqçi heyətinin işinə qarışırdı və müəyyən səfərlər, yarışlarla bağlı müxtəlif iddialar irəli sürürdü ki, bu qədər pul verilməlidir və s.

“30 min pul” iddiasına gəlincə əgər əlində elə bir sübut və faktlar varsa ki, 30 min manat xərcləyib, buyursun, onları təqdim etsin. Sübutlar varsa, gətirsin qoysun, görək 30 mini nəyə xərcləyib? Bu, bizə də maraqlıdır. Amma vaxtilə Ayşən Kərimlinin bir çox beynəlxalq yarışlara getməsi, ödənişlər və s. federasiya tərəfindən qarşılanıb. Hətta yazıb ki, Türkiyədə beynəlxalq yarışda rəqibini udub. Birincisi, o beynəlxalq yarış olmayıb, Türkiyənin Antalya şəhərində keçirilən yoxlama görüşünə kampa getmişdilər. Həmin xərclər də vaxtilə federasiya tərəfindən ödənilib.

Digər bir məsələ budur ki, son olaraq federasiya tərəfindən keçirilən beynəlxalq yarışda və yerli çempionatda Ayşən Kərimli iştirak edib, bunun fotoları da var. Milli komandaya yaşı çatmamaq məsələsi doğrudur. Ayşən yalnız 16 yaşından sonra, yəni hələ 2 ildən sonra iştirak edə bilər. Yığma komandada isə bir neçə müddət valideyn problem yaratdığı üçün uşağını götürüb aparmışdı. Sonradan geri gətirdiyi dövrdə də uşağa digər uşaqlarla bərabər şərait yaradılıb. Bizim sosial mediada da iştirak etdiyi müxtəlif yarışlarda onun adına rast gələ bilərsiniz. Dəfələrlə valideyn dəvət olunub, söhbətlər aparılıb. Hətta hüquqşünas belə həmin görüşlərə dəvət edilib, müəyyən görüşlər sənədləşdirilib. Lakin heç bir nəticə olmayıb. Uşağın müəyyən yarışlarda iştirakına Federasiya yox, valideyn problem yaradıb”.

Lalə Novruz, BakuPost




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Noyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri