Icma.az
close
up
RU
Barmaqların gecələr qıcolması Bu xəstəliklərdə baş verir

Barmaqların gecələr qıcolması Bu xəstəliklərdə baş verir

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Əl-ayaq barmaqlarının uyuşub, qıcolması insanı gözləmədiyi halda yaxalayan xoşagəlməz haldır.

Daha çox yuxuda, gecələr, suda, soyuqda olur. Yəqin ki, bir çox gənclərin dərin çay və dənizdə üzərkən barmaq və ayaqlarının qəfildən qıcolması səbəbindən batması faktlarını eşitmisiz.

Əgər bir insanda ayaq barmaqları həftədə 2-3 dəfə və artıq qıc olarsa, bunu diqqətdən kənarda qoymaq olmaz və artıq alt səbəblər axtarılmalıdır.

Son zamanlar əhali arasında geniş yayılmış barmaq qıcolmasının səbəbləri və müalicəsini araşdırılıb.

Ayaq barmaqlarının qıcolma sindromunu yaradan faktorlar əsasən bunlardır:

-Orqanizmdə sinir sistemi üçün vacib olan maqniy, kalium, kalsium, fol turşusu, D vitamini, dəmir kimi mikroelementlərin defisiti

-Bir sıra dərmanların qəbulunun əks təsiri

-Zəif qidalanma və uzun müddət acqalma, dietalar

-Hamiləlik

-Aşırı tərləmə

-Daimi stress, əsəb

-Qidada zülalın çoxluğu - ət yemək

-İdmançıların əzələ artıran idman qida əlavələri çox qəbul etməsi

-Ayaq və barmaqların travması

-Onurğa problemi, ostoxondroz

-Ayaqlarda damar problemi

-Yastıayaqlılıq

-Donma, soyuma

-Narahat, sıx ayaqqabı

-Ağır çəki

-Qan dövranına düşən bəzi infeksiyalar

-İşlə bağlı ayaqlara yük, çox ayaq üstə qalmaq, nəmişlik, rütubət

Bu səbəblərdən bir çoxunu özünüz görüb ayırd edirsizsə, deməli, onları aradan qaldırmalısız. Digər sizdən asılı olmayan səbəbləri həkim araşdırıb, dəqiq diaqnozu tapmalı və müalicə təyin etməlidir

Qıcolma zamanı nə etməli?

Ayaqlarda barmaqların sıxılması zamanı yaxşı olar ki, ayaqları soyuq səthə və ya suya qoyub, sonra dərhal uzanıb ayaqları ürək səviyyəsindən yuxarı qaldırmaq lazımdır. Bu zaman qan tez barmaqlara kimi qovulur və spazm, ağrı azalır.

Dəhşətli ağrıda barmaqlara iynə ucu batırmaq da qıcolmanı tez kəsir.

Təsadüfi deyil ki, peşəkar üzgüçülərin yanında həmişə itiuclu iynə olur, suda qıcolma tutanda onlar bunu ayaqlarına batırırlar.

Əgər avtobus, təyyarədə qıcolma tutubsa, dəhşətli ağrıya baxmayaraq, ayağa qalxıb, ayaqqabısız gəzişmək və ayaqları ovmaq lazımdır.

Həmin vaxt duzlu su və ya mineral su bol içmək də lazımdır.

Əgər ağrı və qıcolma kəsmirsə, barmaqları elastik sarğı ilə sarıyıb həkimə üz tutmaq mütləqdir.

Hansı həkimlərdən keçməli?

İlk növbədə ümumi baxış üçün terapevt və nevroloqa müraciət olunur. Daha sonra ortoped, fleboloqla daha dərin müayinələr aparır. Ayaqların və onurğanın rentgeni, damarların USM müayinəsi, qan analizi, qanda vitamin və mineralların təyini olunur.

Müalicə üçün:

Qıcolmanın səbəbi araşdırılıb, ona uyğun dərmanlar yazılır. Eləcə də dieta, mazlar, kremlər, vitaminlər, fiziki idman, hərəkətlər, fizioterapiya təyin edilir.

Ofisdə çalışanlar hər 1 saatdan bir qalxıb 10 dəqiqə gəzməlidirlər. Evə gələndə ayaqlar isti vanna olunmalıdır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see389

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see361

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see343

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see298

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see258

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see253

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see240

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see216

“Ölkədəki ağır sosial iqtisadi böhranı görməzdən gəlib qlobal iddialarla danışmaq xalqın problemlərinə biganəliyin göstəricisidir...“ Meybodi

24 İyul 2026 08:01see209

Nərimanov, Yasamal və Suraxanıda elektrik enerjisi məhdudlaşdırılacaq KONKRET

24 İyul 2026 09:18see194

Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub

24 İyul 2026 08:40see188

Məmmədov oynamadı, komandası Hayduk a uduzdu VİDEO

24 İyul 2026 09:27see186

Ərəblər 30 dedi, “Mançester Siti” 50 istədi

24 İyul 2026 01:09see186

“Məhkəmədə qalib gələ bilməyəcəyik” KONKRET

24 İyul 2026 09:18see181

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see179

Naxçıvanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

24 İyul 2026 09:21see178

Evini sığortalamayanların diqqətinə: cərimələnəcəksiniz!

24 İyul 2026 08:17see168

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see165

Yelo Bank sanksiya siyahısından çıxarıldı QƏRAR

24 İyul 2026 01:21see165

Mərkəzi Bank yeni məzənnələri açıqladı

24 İyul 2026 09:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri