Icma.az
close
up
RU
Barmaqların gecələr qıcolması Bu xəstəliklərdə baş verir

Barmaqların gecələr qıcolması Bu xəstəliklərdə baş verir

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əl-ayaq barmaqlarının uyuşub, qıcolması insanı gözləmədiyi halda yaxalayan xoşagəlməz haldır.

Daha çox yuxuda, gecələr, suda, soyuqda olur. Yəqin ki, bir çox gənclərin dərin çay və dənizdə üzərkən barmaq və ayaqlarının qəfildən qıcolması səbəbindən batması faktlarını eşitmisiz.

Əgər bir insanda ayaq barmaqları həftədə 2-3 dəfə və artıq qıc olarsa, bunu diqqətdən kənarda qoymaq olmaz və artıq alt səbəblər axtarılmalıdır.

Son zamanlar əhali arasında geniş yayılmış barmaq qıcolmasının səbəbləri və müalicəsini araşdırılıb.

Ayaq barmaqlarının qıcolma sindromunu yaradan faktorlar əsasən bunlardır:

- Orqanizmdə sinir sistemi üçün vacib olan maqniy, kalium, kalsium, fol turşusu, D vitamini, dəmir kimi mikroelementlərin defisiti

- Bir sıra dərmanların qəbulunun əks təsiri

- Zəif qidalanma və uzun müddət acqalma, dietalar

- Hamiləlik

- Aşırı tərləmə

- Daimi stress, əsəb

- Qidada zülalın çoxluğu - ət yemək

- İdmançıların əzələ artıran idman qida əlavələri çox qəbul etməsi

- Ayaq və barmaqların travması

- Onurğa problemi, ostoxondroz

- Ayaqlarda damar problemi

- Yastıayaqlılıq

- Donma, soyuma

- Narahat, sıx ayaqqabı

- Ağır çəki

- Qan dövranına düşən bəzi infeksiyalar

- İşlə bağlı ayaqlara yük, çox ayaq üstə qalmaq, nəmişlik, rütubət

Bu səbəblərdən bir çoxunu özünüz görüb ayırd edirsizsə, deməli, onları aradan qaldırmalısız. Digər sizdən asılı olmayan səbəbləri həkim araşdırıb, dəqiq diaqnozu tapmalı və müalicə təyin etməlidir

Qıcolma zamanı nə etməli?

Ayaqlarda barmaqların sıxılması zamanı yaxşı olar ki, ayaqları soyuq səthə və ya suya qoyub, sonra dərhal uzanıb ayaqları ürək səviyyəsindən yuxarı qaldırmaq lazımdır. Bu zaman qan tez barmaqlara kimi qovulur və spazm, ağrı azalır.

Dəhşətli ağrıda barmaqlara iynə ucu batırmaq da qıcolmanı tez kəsir.

Təsadüfi deyil ki, peşəkar üzgüçülərin yanında həmişə itiuclu iynə olur, suda qıcolma tutanda onlar bunu ayaqlarına batırırlar.

Əgər avtobus, təyyarədə qıcolma tutubsa, dəhşətli ağrıya baxmayaraq, ayağa qalxıb, ayaqqabısız gəzişmək və ayaqları ovmaq lazımdır.

Həmin vaxt duzlu su və ya mineral su bol içmək də lazımdır.

Əgər ağrı və qıcolma kəsmirsə, barmaqları elastik sarğı ilə sarıyıb həkimə üz tutmaq mütləqdir.

Hansı həkimlərdən keçməli?

İlk növbədə ümumi baxış üçün terapevt və nevroloqa müraciət olunur. Daha sonra ortoped, fleboloqla daha dərin müayinələr aparır. Ayaqların və onurğanın rentgeni, damarların USM müayinəsi, qan analizi, qanda vitamin və mineralların təyini olunur.

Müalicə üçün:

Qıcolmanın səbəbi araşdırılıb, ona uyğun dərmanlar yazılır. Eləcə də dieta, mazlar, kremlər, vitaminlər, fiziki idman, hərəkətlər, fizioterapiya təyin edilir.

Ofisdə çalışanlar hər 1 saatdan bir qalxıb 10 dəqiqə gəzməlidirlər. Evə gələndə ayaqlar isti vanna olunmalıdır./milli.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri