Barselona da 4 illik müqavilə
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Barselona" "Kopenhagen"in futbolçusu Runi Bardeqqini transfer edib.
QOL.az xəbər verir ki, bu barədə insayder Faabritsio Romano məlumat yayıb.
19 yaşlı cinah hücumçusunun Kataloniya klubuna keçidi artıq başa çatıb. Bildirilib ki, futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Yaxın günlərdə transferlə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
İsveçli gənc forvard uşaqlıqdan "Barselona" azarkeşi olduğu üçün "Malyorka" və "Portu"dan gələn təklifləri rədd edib.
2024/25 mövsümündə Bardeqqi zədə səbəbindən Danimarka yüksək liqasında cəmi 5 oyun keçirib. O, 2023/24 mövsümündə isə 23 matçda 7 qol vurub.
Baxış sayı:97
Bu xəbər 12 İyul 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















