Barselona ilə ÇL i qazanan sabiq futbolçu geyim mağazasında işləyir FOTO
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Barselona"nın heyətində Çempionlar Liqasının qalibi olan futbolçu Fransanın Marsel şəhərində idman geyimləri mağazasında işləyir.
Fanat.Az "L`Equipe" qəzetinə istinadən xəbər verir ki, bu, sabiq mərkəz müdafiəçi Jeremi Matyödür.
Məhz Jeremi orada işlədiyinə, şöbəyə rəhbərlik etdiyinə görə müştərilərin sayının artdığı bildirilib. Keçmiş oyunçunun üzərində adı yazılmış geyim brendi sayəsində güzəranını yaxşılaşdırmağa çalışdığı və yaxınlarda məşqçi diplomu almağı hədəflədiyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Matyö 2014-2017-ci illər aralığında "Barselona"nın formasını geyinib. "Blauqrana"nın forması ilə bütün turnirlərdə 91 matça çıxan keçmiş oyunçu Çempionlar Liqasının, UEFA Superkubokunun, Klublararası Dünya Çempionatının, 4 dəfə La Liqanın və İspaniya Kubokunun qalibi olub.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 Aprel 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















