“Barselona” və “Fənərbaxça” öncəsi Dursun Özbekdən futbolçulara müjdə
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qalatasaray” rəhbərliyi beynəlxalq fasilədən sonra komandanı gözləyən çətin oyunlar öncəsi futbolçuların motivasiyasını artırmaq üçün hərəkətə keçib.
Apasport.az xəbər verir ki, klub prezidenti Dursun Özbekin göstərişi ilə futbolçulara yaxın günlərdə müəyyən ödənişlər ediləcək.
Rəhbərlik bununla həm UEFA üçün tələb olunan "borcsuzluq sənədi"ni almağı, həm də vacib qarşılaşmalar öncəsi komandada əhval-ruhiyyəni yüksəltməyi planlaşdırır.
Bundan başqa, ötən mövsüm qazanılan çempionluğa görə futbolçulara veriləcək mükafatların ödəniş qrafiki də hazırlanıb. Çempionluq bonuslarının hissə-hissə oyunçuların hesablarına köçürülməsi nəzərdə tutulur.
“Qalatasaray” beynəlxalq fasilədən sonra ağır oyun qrafikinə daxil olacaq. İstanbul təmsilçisi oktyabrın 13-də Çempionlar Liqasında “Barselona”nı qəbul edəcək. Ardınca oktyabrın 17-də Superliqada “Gənclərbirliyi” ilə səfərdə, oktyabrın 21-də isə Çempionlar Liqasında “Lill”lə Fransada qarşılaşacaq. Okan Burukun komandası oktyabrın 26-da “Fənərbaxça” ilə derbiyə çıxacaq.
Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının ilk turunda səfərdə “Sportinq”ə 1:3 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 30 Sentyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















