Icma.az
close
up
RU
Dursun Özbekdən Okan Buruka tam dəstək “27 ci çempionluğa gedirik”

Dursun Özbekdən Okan Buruka tam dəstək “27 ci çempionluğa gedirik”

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Qalatasaray” prezidenti Dursun Özbek klubun gündəmi ilə bağlı bir sıra diqqətçəkən açıqlamalar verib.

Apasport.az xəbər verir ki, klub rəhbəri “Qalatasaray”ın qadın voleybol komandasının 1905 GSYİAD-la sponsorluq müqaviləsinin imzalanma mərasimində jurnalistlərin suallarını cavablandırıb.

Özbek Okan Burukun gələcəyi, Vilfrid Sinqonun zədəsi, İlkay Gündoğanın durumu, transfer xərcləri və “Barselona” ilə oyun barədə danışıb.

Özbek baş məşqçi Okan Buruka dəstəyini bir daha ifadə edib. Onun sözlərinə görə, rəhbərliklə mütəxəssis arasında hər hansı problem yoxdur:

“Okan Buruk çox uğurludur, həmçinin ‘Qalatasaray’ da. Onunla demək olar ki, hər gün danışırıq. Problemlərimiz varsa, birlikdə həll edirik. Okan Burukla 27-ci çempionluğa gedirik. Ardıcıl beşinci dəfə çempion olaraq rekorda imza atmaq istəyirik”.

Klub prezidenti Okan Burukun müqaviləsinin uzadılması məsələsinə də toxunub. Özbek tərəflərin növbəti mövsüm üçün danışıqlar aparacağını və komandada formalaşan sabitliyi pozmaq niyyətində olmadığını bildirib.

Son günlər zədəsi müzakirə olunan Vilfrid Sinqo ilə bağlı isə Özbek nikbin danışıb:

“Sinqonun zədəsi ciddi deyil. Məşq zamanı aldığı zərbədən yaranıb. Ən qısa zamanda aramızda olacaq”.

İlkay Gündoğanın komandadakı mövqeyi ilə bağlı suala cavab verən Özbek qərarın Okan Buruka aid olduğunu vurğulayıb: “İlkay çox bəyəndiyim futbolçudur. Amma komandadakı yerini müəyyənləşdirmək mənim işim deyil. Bu, Okan Burukun qərarıdır və ona hörmət etməliyik”.

“Qalatasaray” prezidenti yay transferlərinin gec tamamlanması ilə bağlı tənqidlərə də cavab verib. Özbek eyni futbolçuların transfer pəncərəsinin əvvəlində alınması ilə son günlərdə heyətə cəlb olunması arasında təxminən 50 milyon avro fərq olduğunu bildirib. O, bununla da "Qalatasaray"ın transfer pəncərəsini 50 milyon avroluq xeyirlə bitirdiyini vurğulayıb.

Özbek “Barselona” ilə Çempionlar Liqası matçına da münasibət bildirib:

“Qalatasaray” Avropada yüksək səviyyəli rəqiblərə qarşı əvvəllər də uğurlu oyunlar keçirib. “Barselona” ilə qarşılaşmada da eyni nəticəni gözlədiklərini və yaxşı oyun göstərəcəklərinə əmin olduğunu deyib.

Klub rəhbəri həmçinin "Fənərbaxça" prezidenti Aziz Yıldırımla münasibətlərindən danışaraq, uzun illərdir bir-birlərini tanıdıqlarını, qarşılaşdıqları zaman salamlaşdıqlarını və problem olarsa bunu danışaraq həll edə biləcəklərini bildirib.

Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək” Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi Kimmix Kroosu geridə qoydu “Real Madrid”in futbolçusu zədələnib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://apasport.az
archiveBu xəbər 25 Sentyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri