Icma.az
close
up
RU
“Barselona” və “Real” basketbol klubları Bakıya gələ bilər

“Barselona” və “Real” basketbol klubları Bakıya gələ bilər

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın “Real”(Madrid) və “Barselona” basketbol klubları Avroliqadan ayrılaraq FIBA Çempionlar Liqasına qoşulmaq imkanını ciddi şəkildə nəzərdən keçirirlər. Həmin turnirdə hazırda “Səbail”, gələcəkdə isə Azərbaycan Basketbol Liqasının növbəti qalibi çıxış edəcək.

Bu barədə İdman.Biz Gazzetta.gr nəşrinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, hər iki klub “NBA Europe” layihəsi işə düşənədək müvəqqəti olaraq FIBA Çempionlar Liqasına keçə bilər. “Barselona” və “Real” bu layihə ilə fəal təmasdadırlar. Belə ki, hər iki kluba təminatlı müqavilələr və maliyyə bonusları təklif olunur.

Eyni zamanda Avroliqa səhmdarları klublardan ilin sonunadək yeni onillik müqavilənin imzalanması barədə qərar vermələrini tələb edirlər. Bu müqavilə 2026-cı ilin iyununda müəyyən edilmiş ilkin müddəti əvəz edəcək.

Qeyd olunur ki, “Real” və “Barselona” son zamanlar Avroliqa Şurasının iclaslarında müşahidəçi mövqeyi tuturlar. FIBA isə bu keçidə müsbət yanaşır, çünki bu klubların iştirakı turnirin nüfuzunu və kommersiya baxımından cəlbediciliyini artıracaq.

Əgər İspaniya nəhəngləri FIBA Çempionlar Liqasına keçərlərsə, artıq 2026/2027 mövsümündən etibarən Azərbaycan klubunun potensial rəqibinə çevrilə bilərlər. Bu da o deməkdir ki, gələcəkdə Bakıda “Barselona” və ya “Real” ilə oyunlar keçirilə bilər.

Bundan əvvəl bildirilmişdi ki, NBA 2027/2028 mövsümündə Avropa layihəsini işə salmağı nəzərdən keçirir. Lakin layihənin dəqiq başlanma tarixi hələ müəyyən olunmayıb. Buna görə də, FIBA Çempionlar Liqasına keçid İspaniya klubları üçün “NBA Europe” layihəsində potensial iştirakdan əvvəl müvəqqəti mərhələ ola bilər.

Teymur Tuşiyev

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Oktyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri