Icma.az
close
up
RU
Bakıya xoş gəlmisən, “Barselona”!

Bakıya xoş gəlmisən, “Barselona”!

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bu gün Bakı Olimpiya Stadionunun tribunalarında UEFA Çempionlar Liqası turnirinin əsas mərhələsinin 5-ci turunda “Sa­bah” – “Barselona” görüşünün canlı şahidi olacaq onminlərlə azarkeş başda olmaqla Azərbaycanın bütün futbol ictimaiyyəti ta­rixi hadisə ərəfəsindədir. Avropa klublarının ən nüfuzlu yarışında dünyanın ən qüdrətli klublarından biri ölkə çempionumuzun qo­nağıdır. Görüşün gedişini izləmək üçün İspaniya və daha neçə-neçə ölkədən də şəhərimizə minlərlə futbol həvəskarı gəlib. Saat 21:45-də başlanacaq oyunu şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Bilmirik, gələcəkdə nə vaxtsa bir daha “Barselona”nın yolu biz tərəf­lərə düşəcək, ya yox. Amma bu gün dünya klub futbolunun daimi liderlə­rindən birinin Azərbaycan paytaxtın­da olması, onunla lap yaxından tanış olmaq imkanı qazanmağımız gözəl fürsətdir. Buna görə "Sabah"a bir daha minnətdarıq. Bakı komandası­nın zəngin ənənələri olan, istər daxi­li yarışlarda, istərsə də beynəlxalq meydanda saysız-hesabsız medal və kubok qazanmış bir klubu ölkəmizə gətirməsi futbol tariximizdə həmişə unudulmaz hadisə kimi yaşayacaq. 

Ötən yay, anadan olduğu iyul ayında 19 yaşında İspaniya milli ko­mandası heyətində Dünya çempion­luğunu bayram etmiş Lamin Yamal və onun “Barselona”dakı dostları Çempionlar Liqası turnirinin əsas mərhələsində 4 turdan sonra 9 xalla cədvəlin 5-ci pilləsindədirlər. Yarışın birinci yarısında 3 qələbə qazanıb, 1 dəfə meydanı məğlubiyyətlə tərk et­miş Kataloniya futbolçularının 36 ko­mandanın əsas mərhələ sınaqlarında finişə ən yaxşı 8 klub sırasında çatıb, səkkizdəbir finala birbaşa vəsiqə qa­zanacaqları elə bir şübhə doğurmur. Çox güman ki, gələn il ən güclülər sırasında çempionluq mübarizəsinin iştirakçılarından biri məhz “Barselo­na” olacaq. 

“Sabah” isə qarşıdakı görüşdə meydana “Slaviya Praqa” üzərində 2 cavabsız qolla qazandığı 3 xalla çıxa­caq. Qeydə alınacaq nəticədən asılı olmayaraq, komandamız bu oyundan müəyyən fayda götürəcək. Təcrübə­nin məhz güclü rəqiblərlə mübarizədə qazanıldığı heç kim ücün sirr deyil. Ona görə də 25 noyabr 2026-cı il sı­nağı dekabrın 8-də İspaniyada “Vil­yarreal”ın qonağı olacaq Azərbaycan klubunun səfər matçına hazırlığında müsbət təsirini göstərə bilər. 

Azərbaycan çempionunun indi­ki turnirdə artıq qarşılaşdığı və hələ qarşılaşacağı komandaların iştirakı ilə 5-ci tura təyin edilmiş oyunları da xatırlayaq. Şübhəsiz, “Mançester Si­ti”–“Napoli”, “Slaviya”–“Vilyarreal”, “Atletiko”–“Vikinq”, “Arsenal”– “Borussiya Dortmund”, “Sportinq”–“­Mançester Yunayted” görüşlərindən və turun digər matçlarından sonra çoxmərtəbəli "futbol evini" xatırladan turnir cədvəlində çox şey dəyişəcək. Kimi cədvəldə yüksəlişinə ürəkdən sevinəcək, kimi də itirilən xalların acısını yaşayacaq. Cədvəldəki sıx­lıq, o cümlədən hazırda 3 xalla 31-ci yerdə olan “Sabah”ın 20-ci pillədəki “Roma”dan cəmi 1 xal geri qalması da qarşıda bütün rəqibləri daha kəskin mübarizənin gözlədiyini təsdiq edir.

Qeydlərimizi yekunlaşdıraq. On yaşı gələn il sentyabrın 8-də tamam olacaq çox gənc “Sabah” 1899-cu ildə yaradılmış və 4 gündən sonra, noyabrın 29-da 127 yaşını qeyd edə­cək “Barselona”ya qarşı. Bakıda belə bir oyunun keçirilməsi nəyə desən dəyər!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri