Barselona Yamala şərt qoydu
Icma.az, Qol.az saytına istinadən bildirir.
İspaniya millisinin və "Barselona"nın gənc ulduzu Lamine Yamal 2026-cı il dünya çempionatının ilk oyununa hazır olacaq.
QOL.az xəbər verir ki, aprel ayında zədələnən vingerin bərpa prosesi artıq yekunlaşmaq üzrədir.
İspaniyanın "AS" nəşrinin yaydığı məlumata görə, "Barselona" rəhbərliyi Yamalın mundialın ilk matçında meydana qayıtmasına və milliyə kömək etməsinə razılıq verib. Lakin Kataloniya təmsilçisi bununla bağlı xüsusi şərt irəli sürüb.
Klub futbolçunun zədəsinin təkrarlanmaması üçün meydana dönüşünün mərhələli şəkildə həyata keçirilməsini tələb edir. Klubun şərtinə əsasən, Yamalın oyun müddəti belə tənzimlənməlidir:
İlk oyunda: Təxminən 15 dəqiqə
İkinci oyunda: 45-60 dəqiqə
Növbəti oyunlarda: Yalnız bu mərhələlərdən sonra tam matçlarda iştirak.
Qeyd edək ki, İspaniya yığması dünya çempionatında ilk matçını iyunun 15-də Kabo-Verde seçməsinə qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 07 İyun 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















