Icma.az
close
up
RU
“Barselona”da ab hava pozulub

“Barselona”da ab hava pozulub

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Avropanın idman mediasında qəribə məzmunlu xəbərlər yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik sentyabrdan bəri məşqçi korpusuna burdan ayrılmaq arzusunu çatdırmaqdadı.
60 yaşlı almaniyakı mütəxəssis hələ ki bu fikri nə idman direktoru Dekuya, nə də prezident Xuan Laportaya çatdırıb. Ancaq indiki durumu köməkçiləri, analitikləri və başqa əməkdaşlar ilə müzakirə edib. Flik oyunçuların əhval-ruhiyyəsinə və klub rəhbərliyinin dəstəyinin yoxluğuna görə məyus olduğunu etiraf edib. Belədə ortaya haqlı sual çıxır: Fliki narazı salan nədi?
AS nəşrinin yazdığına inansaq, Flik üçün konkret nəticələr problem deyil, bunlar yalnız simptomdu. Onu futbolçuların lazımi dərəcədə can qoymaması qıcıqlandırır. Futbolçular gündəlik əməyə dəyər vermək, intizam prinsiplərinə hörmət etmək hissini itirib. Hans-Diter dəfələrlə xəbərdarlıq edib ki, eqo komanda uğurlarını dağıdır, indi isə belə hesab edir ki, “Barsa” məhz bu problemi yaşayır: hər kəs kollektivin maraqlarını düşünmədən özü üçün oynayır.
Narazılığın mərkəzində dayanan fiqur 18 yaşlı Lamin Yamaldı. Baş məşqçinin fikrincə, klub ona hədsiz sərbəstlik verir. Məsələn, “el klasiko”dakı məğlubiyyətdən sonra gənc istedad komanda ilə birgə evə qayıtmaq əvəzinə Milana uçub. Səfərlər vaxtı gənc ispaniyalı kollektivdəki yeganə şəxsdi ki, özü yemək arxasınca getmir, yeməyin masasına qoyulmasını gözləyir. Laminin davranışındakı nöqsanları göstərən başqa detallar da var. Klubun bazasında əməkdaşlar və prezident üçün nəzərdə tutulan dörd elektrokar var. Oyunçulara həmin maşınlardan istifadə etmək qadağan olunsa da, Lamin əyləncə xatirinə hara gəldi şütüyür.
Reklam və sponsorluq öhdəlikləri ilə bağlı sıx qrafik də əlavə problemlər yaradır. Vinger İspaniya yığmasının düşərgəsində zədəli olanda xəstəxanaya yollanmaq əvəzinə saatlar ərzində hansısa reklam çarxına çəkilib. “El Klasiko”dan bir neçə gün əvvəl isə “Kings League” (media futbol turniri) tədbirində iştirak edib. Yamal ötən mövsümdəki kimi parlaq oyun göstərsəydi, bəlkə də bütün bu sadaladığımız məqamlar Fliki az qıcıqlandırardı.
Məşqçi korpusunun fikrincə, zərbə və ya toqquşma ilə bağlı olmayan qasıq zədəsi də Yamalın komanda işlərindən kənar düşməsinin nəticəsidi. Demək olar ki, hər həftə Laminlə bağlı hansısa qalmaqal baş verir – məsələn, yaxınlarda qız dostu Nikki Nikolla vidalaşdı. “Barsa”nın baş məşqçisi faktiki hər mətbuat konfransında onunla bağlı suallara cavab verməyə məcbur olur. Flik dəfələrlə narazılığını nəinki məşqçi korpusuna, prezidentin ətrafına – mətbuat xidmətinin rəhbəri Qabriel Martinesə və Laportanın sağ əli Alexandro Eçevarriyaya çatdırıb.
Fliklə Laporta arasındakı söhbətlər qarşılıqlı hörmət ruhunda olur. Baş məşqçi gündəlik işlə bağlı məsələləri əsasən Deku və Eçevarriya ilə müzakirə edir. Alman mütəxəssis bu şəxslərlə dostcasına münasibətlər qursa da, Yamal mövzusunda konseptual fikir ayrılıqları var.
Flik sərt intizam tərəfdarıdı. PSJ-nin baş məşqçisi vaxtilə Usman Dembele ilə necə davrandısa, o tərbiyəvi işin nəticəsi kimi “Qızıl top”u da qazandı. “Barsa” rəhbərliyi isə daha yumşaq yanaşmaya üstünlük verir. Yadınızdadısa, sabiq prezident Jozep Bartomeunun dönəmində klub Luis Enrike ilə münaqişədə Lionel Messinin tərəfini tutmuşdu. Bu üzdən Laminə səhərə qədər şənliklərdə iştirak etməyə icazə verilməsi, qızlarla görüşə uçması, qolf-karla şütüməsi, yeməyi masanın üzərinə gətirilən yeganə futbolçu olması təəccüb doğurmur. Klub belə hesab edir ki, bütün bunlar yeniyetmə ulduzun üzərindən gərginliyi atmağa xidmət edir.
Onu da xatırladaq ki, Flik 2024-cü ilin mayından kataloniyalılara rəhbərlik edir. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədər idi. Bu ilin mayında alman mütəxəssislə müqavilənin müddəti 2027-nin yayına qədər uzadılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Noyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri