Icma.az
close
up
RU
Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin yaranmasının 10 illiyi qeyd edilib FOTOLAR

Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin yaranmasının 10 illiyi qeyd edilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin yaranmasının 10 illiyi münasibətilə tədbir təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın İspaniyadakı Səfirliyinin konsulu Əfqan Xəlili, bu ölkədəki Azərbaycan icmasının üzvləri, Türkiyə və digər türkdilli xalqların diasporlarının, eləcə də yerli ictimaiyyətin nümayəndələri, media mənsubları iştirak edib.

Əvvəlcə “Vətən uzaqda deyil” proqramının Barselona Azərbaycan Evinə və Barselonadakı Azərbaycanlılar Cəmiyyətinə həsr edilmiş buraxılışı nümayiş olunub.

İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Barselona üzrə koordinatoru, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və Barselona Azərbaycan Evinin sədri Kərim Kərimov xaricdə yaşayan soydaşlarımıza, diaspor təşkilatlarına, eləcə də cəmiyyətin fəaliyyətinə diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkür edib. Tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi barədə danışan Komitə sədri xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğunu nəzərə çatdırıb. Xaricdəki Azərbaycan icmalarının, diaspor təşkilatlarının, o cümlədən Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin diaspor fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib. İspaniyadakı Azərbaycan icmasının son illərdə sıralarının genişlənməsindən, güclənməsindən məmnunluğunu ifadə edib.

Xaricdəki Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin, ölkəmizin  Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə açılan Qarabağ Azərbaycan məktəblərinin diasporumuzun təşkilatlanmasına, yeni nəsil azərbaycanlıların ölkəmizlə əlaqələrinin möhkəmlənməsinə əvəzsiz xidmətlər göstərdiyi vurğulanıb.

Daha sonra Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin üzvü Gülnar Hacıyevanın aparıcılığı ilə konsert proqramı təqdim olunub. Proqrama Azərbaycan, türk, ispan musiqiləri və rəqsləri daxil edilib. Barselona Azərbaycan evinin nəzdində fəaliyyət göstərən rəqs dərnəyinin müəllim və şagirdlərinin, ispan rəqqasların və türk müğənnilərin çıxışını tamaşaçılar sürəkli alqışlarla qarşılayıb.

Komitə adından bədii hissənin iştirakçılarına hədiyyələr təqdim olunub.
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Mart 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri