“Barselona”ya qarşı rəsmi addım
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Madridin “Atletiko” klubu Kataloniya təmsilçisi “Barselona”dan İspaniya Kral Futbol Federasiyasına (RFEF) rəsmi şikayət ünvanlayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
“Qırmızı-ağlar”ın hücumçusu Xulian Alvaresi heyətinə qatmağa çalışan “Barselona”nı qeyri-etik davranışda günahlandırır. 26 yaşlı argentinalı forvardın Madrid klubu ilə 2030-cu ilə qədər müqaviləsi olsa da, o, La Liqada mövsümün əsas transfer mübahisəsinin mərkəzinə çevrilib.
Alvares hələ DÇ-2026 zamanı “Atletiko”dan ayrılmaq istədiyini açıq şəkildə bildirmişdi. May ayında “Barselona” onun üçün 100 milyon avro təklif etməyi planlaşdırmışdı, lakin “Atletiko” sosial şəbəkələrdə istehzalı paylaşımla bu xəbərləri təkzib etmişdi. Şikayətə baxmayaraq, Kataloniya klubu hücumçu ilə maraqlanmaqda davam edir və yeni təklif hazırlayır. “Barselona” RFEF-ə şikayətlə bağlı apellyasiya müraciəti etməyi planlaşdırır.
Bu məsələdə əsas dönüş nöqtəsi avqustun 10-u olacaq. Həmin gün Xulian Alvares “Atletiko”nun mövsümöncəsi təlim-məşq toplanışına qoşulmalıdır. Onun komandaya qayıdışı ilə futbolçunun şəxsi mövqeyi birdəfəlik bəlli olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 30 İyul 2026 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















