Icma.az
close
up
RU
Baş ağrısını aradan qaldıran qidalar

Baş ağrısını aradan qaldıran qidalar

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Baş ağrısı gün ərzində işə, diqqətə və ümumi əhvala ciddi təsir göstərə bilər.

Ağrı başlayan zaman bir çox insan dərmana üz tutur. Lakin bəzi hallarda gündəlik qidalanmaya diqqət etmək də baş ağrısının yüngülləşdirilməsinə kömək edə bilər.

“Cebheinfo.az”-ın araşdırmasına görə, xüsusilə kifayət qədər su qəbul etmək, maqnezium və sağlam yağlarla zəngin qidaları rasiona daxil etmək baş ağrısının azalmasında faydalı ola bilər. 

Bəs hansı qidalar baş ağrısına qarşı daha təsirlidir?

Su – Susuzluq baş ağrısının geniş yayılmış səbəblərindən biridir. Gün ərzində kifayət qədər su içmək, xüsusilə maye itkisi ilə əlaqəli ağrıların azalmasına kömək edə bilər.

İspanaq – Maqneziumla zəngin olan ispanaq sağlam qidalanmanın vacib hissəsidir. Maqnezium çatışmazlığı bəzi insanlarda baş ağrısı və miqrenlə əlaqəli ola bilər.

Badam və balqabaq tumu – Tərkibində yüksək miqdarda maqnezium olan bu məhsullar sinir sisteminin normal fəaliyyətini dəstəkləyir və qidalanmada faydalı seçim hesab olunur.

Yağlı balıqlar – Qızılbalıq və skumbriya kimi balıqlar “Omeqa-3” yağ turşuları ilə zəngindir. Bu yağ turşuları iltihabi proseslərin tənzimlənməsində rol oynayır və bəzi insanlarda miqren simptomlarının azalmasına kömək edə bilər.

Zəncəfil – Təbii iltihabəleyhinə xüsusiyyətləri ilə tanınan zəncəfil baş ağrısı ilə yanaşı, miqren zamanı yaranan ürəkbulanmanın da yüngülləşdirilməsinə kömək edə bilər. Zəncəfil çayı bunun üçün sadə seçimlərdən biridir.

Qeyd edək ki, baş ağrısının səbəbləri müxtəlif ola bilər. Ağrılar tez-tez təkrarlanırsa, uzun müddət davam edirsə və ya çox şiddətlidirsə, səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək lazımdır.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Sentyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see309

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see283

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see273

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see267

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see262

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see251

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see250

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see242

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see238

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see235

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see235

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see230

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see220

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see219

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see212

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see206

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see204

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see200

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see193

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri