Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Baş direktor: Atalığı sübut etmək üçün DNT analizləri 100 faiz dəqiq nəticə verir MÜSAHİBƏ

Baş direktor: Atalığı sübut etmək üçün DNT analizləri 100 faiz dəqiq nəticə verir MÜSAHİBƏ

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənovun APA-ya müsahibəsi

Ermənistan Xankəndidə ölən erməni qadının meyitini təhvil almasa, onun aqibəti aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdiriləcək

- Xankəndidə ölən erməni qadının nəşinin alınması üçün Ermənistan tərəfinin heç bir cəhd etmədiyi deyilir. Bu meyit harada, necə saxlanılır? Ermənistan meyiti təhvil almasa, onun aqibəti necə olacaq? Ümumiyyətlə, meyitlər hansı şəraitdə, hansı müddətdə saxlanıla bilir? Bu proses haqqında danışardınız.

– Meyit etibarlı, eyni zamanda, bu məqsədlə tələb olunan bütün zəruri şəraitlərə malik yerdə saxlanılır. Ermənistan meyiti təhvil almasa, onun aqibəti aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdiriləcək. Ümumiyyətlə, meyitlər meyitxanalarda olan xüsusi soyuducularda saxlanılır. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin respublikanın bütün şəhər və rayon şöbələrində belə soyuducular var.

Soyuducuların temperaturu əməkdaşlar tərəfindən nizamlanır. Lakin soyuducular meyitlərdə çürümə prosesini tamamilə dayandıra bilmir, onu müəyyən qədər ləngidə bilir. Bəzən bu məqsədlə digər əlavə vasitələrdən də istifadə etməyə ehtiyac yaranır - meyitin formalinlə fiksasiyası və s.

- Ötən ilin sonunda AZAL-ın təyyarəsi qəzaya uğradı. Təyyarə qəzasında həlak olmuş şəxslərin kimliyinin müəyyənləşdirilməsi prosesi haqqında məlumat verərdiniz...

– Bütün həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsində müxtəlif üsul və vasitələrdən istifadə edilməsi ilə yanaşı, DNT müayinəsi ilə dəqiqləşdirilib.

- Qaradağ ərazisində tapılan sümük qalıqlarının Mikayıl Müşfiqə aid olduğu təsdiqini tapmadı. O qalıqlarla bağlı ümumi vəziyyət necədir?

– Bu proses aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə davam edir.

İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlarda aşkarlanan sümük qalıqları qablaşdırılaraq, Bakı şəhərinə gətirilir və Birliyin Məhkəmə-kriminalistika şöbəsində əməkdaşlar tərəfindən müayinəsinə başlanılır

- İşğaldan azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlardan tapılan sümük qalıqlarının müayinə prosesi necə aparılır?

– İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlarda aşkarlanan sümük qalıqları müxtəlif dövlət qurumları ilə birlikdə ekspedisiya qrupunun tərkibində iştirak edən Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin məhkəmə-tibb ekspertləri tərəfindən maksimum dərəcədə və imkan daxilində ayrı-ayrı şəxslər üzrə qruplaşdırılır. Aşkar edilmiş skeletlər və sümük qalıqları qablaşdırılaraq, Bakı şəhərinə gətirilir və Birliyin Məhkəmə-kriminalistika şöbəsində əməkdaşlar tərəfindən müayinəsinə başlanılır. Baş Prokurorluq tərəfindən verilən qərardakı suallara müvafiq “Ekspert Rəyi” yazılır və aidiyyəti üzrə Baş Prokurorluğa təhvil verilir. Sonda, aşkar edilmiş sümüklərdən nümunələr götürülərək DNT müayinə üçün təqdim edilir. Şəxsiyyətin məhkəmə-tibbi identifikasiyası, eyniləşmə başa çatdıqdan sonra şəhidin sümük qalıqları onun yaxınlarına təhvil verilir. Bütün bu proseslər isə əvvəldən sona qədər Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbərliyi ilə həyata keçirilir.

- Bəs rayonlarda naməlum əsgər kimi basdırılmış şəxslərin qəbirlərinin açılması prosesində Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi iştirak edirmi?

– Bəli, iştirak edir. Həmin şəhərin, rayonun məhkəmə-tibb ekspertləri və digər texniki işçiləri naməlum şəhid məzarlarının qazıldıqdan sonra sümük qalıqlarının çıxarılmasında, DNT müayinə üçün nümunələrin götürülməsində bilavasitə iştirak edirlər.

- Hansısa ərazidə tapılan sümük qalıqlarına maskasız, rahatlıqla yaxınlaşmaq, toxunmaq nə qədər düzgündür?

– Bütün hallarda istər sahədə, istərsə də laboratoriyalarımızda əməkdaşlarımız maskadan istifadə edirlər. O ki qaldı sümük qalıqlarına rahatlıqla yaxınlaşması və toxunmasının düzgün olub-olmamasına, bu məsələdə mən heç bir narahatlıq görmürəm.

Müayinə və ekspertizalar başa çatana, mərhumun şəxsiyyəti müəyyən edilib yaxınlarına təhvil verilənə qədər sümük qalıqları Məhkəmə-kriminalistika şöbəsinin arxivində saxlanılır

- Tapılan sümük qalıqlarının ekspertizası prosesi necə aparılır?

– İstər Qarabağın işğaldan azad olunmuş ərazilərində, istərsə də respublikamızın digər şəhər və rayonlarında aşkar edilmiş skelet, sümük qalıqları və ya sümük fraqmentlərinin məhkəmə-tibbi müayinəsi və ekspertizası prokurorluq orqanlarının qərarları ilə eyni prinsip və prosessual qaydalarla həyata keçirilir. Sümük qalıqlarına onların aşkar edildiyi yerdə və ya hadisənin baş verdiyi ərazidə həmin rayonun məhkəmə-tibb ekspertinin iştirakı ilə ilkin baxış keçirildikdən və protokollaşdırıldıqdan sonra qablaşdırılaraq ekspertizanın keçirilməsinə dair qərarla birlikdə Bakı şəhərinə, Birliyin Məhkəmə-kriminalistika şöbəsinə göndərilir. Qərarda aşkar edilmiş sümük qalıqlarının insana məxsus olub-olmaması, əgər insandırsa, onun cinsi, yaşı, boyu, torpaqda və ya havada qalma müddəti, ölümün səbəbi və mexanizmi, müddəti, öldürüldüyü halda istifadə edilən alətin növü, mümkün olduğu halda sağlığında hansı xəstəliklər keçirməsi, ölməmişdən əvvəl və ya öldükdən sonra ətraf mühit amillərinin təsirinə məruz qalıb-qalmaması - yandırılma, heyvanlar tərəfindən gəmirilmə və s. bu kimi suallar qoyulur. Sonda isə şəxsiyyətin identifikasiyası məqsədilə sümüklərdən bioloji nümunələr götürülərək DNT analiz üçün istintaqa təhvil verilir. Müayinə və ekspertizalar başa çatana, mərhumun şəxsiyyəti müəyyən edilib yaxınlarına təhvil verilənə qədər sümük qalıqları Məhkəmə-kriminalistika şöbəsinin arxivində saxlanılır.

Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir

- Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının qalıqları ekspertizadan keçirildi? Qalıqlar ailəsinə, Hindistana qaytarılacaqmı? Proses necə olacaq?

– Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir. Ekspertiza başa çatdıqdan və mərhumun şəxsiyyəti müəyyənləşdirildikdən sonra Zaqatala rayon prokurorluğu tərəfindən sümük qalıqları şöbədən götürülərək aidiyyəti üzrə təhvil veriləcək.

- Son dövrlər gündəmə gətirilən mövzulardan biri də ölkədə kremasiya mərkəzlərinin yaradılması məsələsidir. Meyitlər basdırılandan sonra gələcəkdə hər hansı məhkəmə və s. ilə əlaqəli ekshumasiya edilib, DNT nümunələri götürülür. Kremasiya mərkəzləri yaradılsa, meyitlər yandırılsa, DNT nümunələrinin götürülməsi prosesi necə olacaq?

– Respublikada bu vaxta qədər krematoriyalar olmayıb və ya meyitlərin kremasiyası həyata keçirilməyib. Düşünürəm ki, dünya təcrübəsindən istifadə etməklə bu kimi problemlərin də qarşısı alınacaq. Məsələn, meyit yandırılmazdan əvvəl gələcəkdə mümkün DNT müayinəsi üçün ehtiyat nümunənin götürülüb saxlanılması, yandırılmazdan əvvəl şəxsin DNT profilinin çıxarılması və hazır şəkildə arxivləşdirilməsi və s.

- Atalığı sübut etmək üçün DNT analizləri necə aparılır, proses necə gedir? İstənilən şəxs bu analizi tələb edə bilərmi? Yoxsa, məhkəmə qərarı olmalıdır? Cavablar hansı müddətə çıxır?

– Atalığın genetik yolla təyini ekspertizası məhkəmə qərarı əsasında aparılır. Ekspertiza Birliyin Məhkəmə-Biologiya şöbəsində keçirilir. Bu növ ekspertiza 100%-lik dürüstlüklə nəticə verir. Anadan, uşaqdan və ehtimal olunan atadan bioloji nümunə alınır. Bizim məhkəmə-biologiya şöbəsində adətən qan götürülür. Cavablar bir və ya bir neçə həftə müddətində hazır olur.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Aprel 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see445

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see418

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see276

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see207

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see171

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri