Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Direktor müavinləri üzrə işə qəbulda yüksək NƏTİCƏ MÜSAHİBƏ

Direktor müavinləri üzrə işə qəbulda yüksək NƏTİCƏ MÜSAHİBƏ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İlin gənc müəllimi “Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktor müavini, ingilis dili müəllimi" Leyla Camalzadə direktor və direktor müavinliyi üzrə işə qəbulu imtahanında yüksək bal toplayıb.

Belə ki, o, imtahanda 74 bal toplayaraq uğur qazanıb.

Modern.az xəbər verir ki, AzEdu.az bu münasibətlə Leyla Camalzadə ilə əlaqə saxlayıb.

-Leyla müəllim, ilk növbədə sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Direktor müavinləri üçün keçirilən imtahanda yüksək nəticə əldə etmisiniz. Bu uğura aparan əsas amillər nələr oldu?

- Edison deyib ki, "uğurun düsturu 1% savad, 99 % isə tərdir". Düşünürəm ki, əldə olunan bütün uğurların altında yuxusuz gecələr, yorğun günlər,çox çalışan gec saatlar və xüsusilə də ailəsinə və özünə ayrıla bilməyən saatlar durur. Mən də digər həmkarlarım kimi və uğurlu insanlar kimi hər zaman özüm öz üzərimdə çalışmışam. Olduğum yerlə, olmaq istədiyim yer arasında bir körpü salmışam.

Yeganə rəqibim dünənki mənəm, olmaq istədiyim və bənzəmək istədiyim insan isə sabahkı mənəm. Həyatım boyunca heç kəslə özümü müqayisə etməmişəm. Kimdənsə daha yaxşı olmağa çalışmamışam. Yalnız bir insanla yarışmışam - o da güzgüdəki mən. Hesab edirəm ki, qazandığım bütün uğurların əsasında disiplinli, çalışqan və məsuliyyətli olmaq dayanır.

Əslində, bundan bir il yarım əvvəl direktor müavini imtahanında uğur qazanmışam və Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli məktəbə tədris işləri üzrə direktor müavini kimi təyin olunmuşam. Yəni, mütəmadi olaraq imtahanlara girdiyim üçün artıq imtahan mənim üçün bir həyat prinsipinə çevrilib.

Bu, sanki bir rutindir. Bu imtahanın digər imtahanlardan fərqi ondan ibarət idi ki, bu, diaqnostik xarakter daşıyırdı. Əslində, idarəetmədəki boşluqları və müavinlərin ehtiyaclarını müəyyən etmək üçün bu cür imtahanın keçirilməsi labüd idi. 

Bu yaxınlarda direktorlarla bağlı diaqnostik qiymətləndirmə həyata keçirildi. Hər bir direktorun hansı sahə üzrə ehtiyacı varsa, onlar qruplaşdırılaraq müvafiq təlimlərə cəlb olundu. Bu prosesin nəticələri özünü çox yaxşı şəkildə göstərdi. Növbəti mərhələ isə direktor müavinləri idi.

Qısa müddət ərzində bizə bildirildi ki, sabah imtahandır. Təbii ki, bir anlıq düşünürsən: "Bir dəfə imtahan verib gəlmişəm, indi yenidən imtahan olunuram". Lakin bu, məni qorxutmadı. İstər sertifikasiya, istərsə də diaqnostik qiymətləndirmə olsun, bu cür qiymətləndirmə proseslərini yüksək qiymətləndirirəm.

Hər şeydən əvvəl bu, insanın özü üçün vacibdir. İnsan bu cür qiymətləndirmələr vasitəsilə nələri yaxşı bildiyini, hansı boşluqlarının və zəif cəhətlərinin olduğunu, eləcə də üstünlüklərini aydın şəkildə görə bilir. 

Bu imtahanın ən müsbət cəhətlərindən biri də ondan ibarət idi ki, imtahanda nəzarətçilər adi təhsil müəssisələrində çalışan pedaqoji işçilər və ya sıravi əməkdaşlar deyil, məhz idarənin əməkdaşları idi. Bu isə imtahanın nə qədər obyektiv və şəffaf keçirildiyini göstərirdi.

Düşünürəm ki, bu cür qiymətləndirmələr yalnız direktorlar və direktor müavinləri üçün deyil, digər bütün sahələr üzrə də həyata keçirilməlidir. Çünki ilkin və yekun qiymətləndirmələrin müqayisəsi nəticəsində hər bir şəxs öz inkişaf səviyyəsini və hansı nöqtədən haraya gəldiyini aydın şəkildə görə bilər. Aparılan islahatlar yalnız daha yaxşı və keyfiyyətli təhsil üçün atılan vacib addımlardır.

- Sualların asanlıq və ya çətinlik səviyyəsi ilə bağlı nələri qeyd etmək istərdiniz?

- İmtahan suallarının istər dünyagörüşü, ədəbiyyat, istərsə də coğrafiya və tarix kimi müxtəlif sahələri əhatə etməsi onu göstərir ki, bir direktor müavini yalnız öz sahəsi üzrə idarəetmə biliklərinə malik olmamalıdır. Eyni zamanda məntiq, kurikulum, qanunvericilik, idarəetmə və əmək məcəlləsinə dair suallar da müavinin gündəlik iş prinsipləri və vəzifələri ilə bilavasitə əlaqəli idi. Bu isə onu göstərir ki, bir müavin hərtərəfli biliyə sahib olmalıdır.

Suallar olduqca düşündürücü idi. Diqqətimi çəkən əsas məqamlardan biri suallara eyni balın verilməməsi oldu. Belə ki, onların çətinlik dərəcəsinə uyğun olaraq suallar 1, 2, 3, 4 və 5 balla qiymətləndirilmişdi. Ən çətin suallar isə xüsusilə müavinin işi ilə birbaşa bağlı olan qanunvericiliklə əlaqəli suallar idi. Bu suallar 5 ballıq şkala üzrə dəyərləndirilirdi. Bu yanaşma hər bir səviyyənin və bilik sahəsinin nəzərə alındığını göstərir.

- Gələcəkdə direktor olmaq hədəfiniz varmı?

- Bəli, gələcəkdə direktor vəzifəsində çalışmaq istəyirəm. Bundan əlavə dekabrda keçirilən direktorların işə qəbulu imtahanının test mərhələsində uğur qazanmışam və digər mərhələlərin nəticələrini də gözləyirəm.

- Bu vəzifədə əsas prioritetləriniz nələr olacaq?

-  Mənim üçün hər zaman ən ali zirvə insan olmaqdır. Həyatda “Bu mənə yaraşmaz” prinsipi ilə hərəkət etmək lazımdır. Düşünürəm ki, keyfiyyət heç vaxt təsadüfi olmur. İnsan yalnız özünə yaraşan davranışları seçməlidir. Bu yolda mənim üçün əsas prioritetlər vicdanlılıq, ədalət və mərhəmətdir.

Ədalət prinsipi mənim üçün xüsusi önəm daşıyır. Bir rəhbər heç vaxt kiməsə və ya işçilərə qarşı qərəzli münasibət göstərməməli, vicdan və obyektivlik prinsiplərinə sadiq qalmalıdır.

- Müasir dərs modelində hansı yenilikləri tətbiq edirsiniz?

-  Rəhbər vəzifə ilə yanaşı, mən həm də ingilis dili müəllimiyəm. Bizim əsas prioritetlərimizdən biri dərsləri ən müasir tədris standartlarına uyğun şəkildə keçirməkdir. Artıq ənənəvi sistemdən uzaqlaşmışıq və dərslərimizi STEAM metodologiyası ilə əlaqələndiririk.

Məsələn, bu yaxınlarda “Geyimlər” mövzusu üzrə dərsimiz var idi və biz şagirdlərlə birlikdə bir moda nümayişi hazırladıq. Uşaqlar geyindikləri paltarların adını çəkərək, onlar haqqında danışacaqlar. Bu yanaşma həm onların danışıq bacarıqlarını inkişaf etdirir, həm də dərsi maraqlı və interaktiv edir. Şagirdlər bu prosesdə həm əylənir, həm də öyrənirlər.

Eyni zamanda fənn aylıqları çərçivəsində divar qəzetləri hazırlanır. Biz həmin dərsləri mövzuya uyğunlaşdıraraq dərsdənkənar fəaliyyətlərə inteqrasiya edirik. Şagirdlərə 10–15 dəqiqəlik əyləncə xarakterli STEAM tapşırıqları veririk və onlar öz divar qəzetlərini bu istiqamətdə hazırlayırlar.

Dərslərimdə şagirdlərə hər zaman deyirəm: “Qətiyyən susmayın, nə bilirsinizsə danışın". Çünki dərsdə işgüzar səs-küy vacibdir - bu, öyrənmənin canlı göstəricisidir. Bəzən dərsləri “tərs sinif” modeli ilə keçiririk. Mən daha çox esse xarakterli dərslərə üstünlük verirəm. Ən vacib məsələ isə şagirdlərin maraq və meyllərinin diqqətlə nəzərə alınmasıdır.

- 5 il sonra təhsillə bağlı özünüz və rolunuzu necə görürsünüz?

- Ümumiyyətlə, insan daim yüksələn xətlə öz fəaliyyətini inkişaf etdirməlidir. Hər hansı bir mühitə alışdıqdan sonra komfort zonasından çıxmağı bacarmalıdır. Mən özüm də hər zaman bir yerə öyrəşdikdən sonra artıq orada yetərincə faydalı olmadığımı düşünürəm. Bu səbəbdən də daim yenilik axtarışındayam.

Təkcə öz sahəmlə kifayətlənmirəm. Araşdırma aparmağı, yeniliklərdən xəbərdar olub bunları kollektivimizlə bölüşməyi və dərslərimdə tətbiq etməyi çox sevirəm. Mənim çatmaq istədiyim zirvə, bütün müəllimlərin özlərini bir pillə də olsa irəli aparmalarıdır. Həmçinin, arzum hər bir müəllimin əlindən tutub onları da bu yolda özümlə irəli aparmaqdır. Çünki inanıram ki, onlar gələcəkdə daha yüksək mövqelərdə olacaqlar. Müəllimlərin daxilində bir günəşin parladığına inanıram.

Özümü beş il sonra daha böyük layihələrin icraçısı və bir neçə kitabın müəllifi kimi görürəm. Yəni, bu gün olduğum pillədən bir pillə də yuxarıda olmaq istəyirəm. Bu isə təkcə vəzifə üçün deyil, insanlara daha faydalı olmaq üçün irəliləmək arzusundan irəli gəlir. Hər zaman bir addım öndə olmaq istəyirəm ki, daha çox insana yol göstərə bilim.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 May 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri