Baş direktor: Təşkilatda səsləndirilməyən fikirləri uşaqlardan eşidirəm
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Uşaqların fikirlərinə diqqət yetirmək lazımdır".
Oxu.Az xəbər verir ki, bu sözləri Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Baş direktoru Qretel Agilar "İqlim davamlılığı üçün təhsilə investisiya - Erkən inkişafın və ətraf mühitlə bağlı savadlılığın gücləndirilməsi" mövzusunda keçirilən panel müzakirə sessiyası zamanı çıxışında deyib.
O, uşaqlardan təşkilatında səsləndirilməyən fikirlər eşitdiyini söyləyib:
"Bu gün biz əvvəllər heç yaşamadığımız böhranla üz-üzəyik. Bu böhranın qarşısının alınması istiqamətində birgə səy göstərməliyik. Ona görə də iqlim mövzularında təhsilin rolu danılmazdır. Uşaqlara uşaq olaraq yanaşmaq lazım deyil. Bəzən elə zamanlar olur ki, mən təşkilatda eşitmədiyim fikirləri onlardan eşidirəm. Uşaqların fikirlərinə qulaq asmaq lazımdır. İlk növbədə, bir insan olaraq, onların da özünəməxsus düşüncələri olduğunu unutmaq olmaz. Eyni zamanda, qızların təhsil almasına diqqət yetirmək lazımdır, onların təhsil alması çox vacibdir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 18 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















