Icma.az
close
up
RU
Baş katib: Azərbaycan TRACECA dəhlizinin rəqəmsallaşdırılmasında nümunəvi rola malikdir

Baş katib: Azərbaycan TRACECA dəhlizinin rəqəmsallaşdırılmasında nümunəvi rola malikdir

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasına dair Dünya Bankının dəstəyi ilə yol xəritəsi hazırlanır.

Bu barədə "Report"a müsahibəsində TRACECA-nın baş katibi Aset Asavbayev bildirib.

Onun sözlərinə görə, artıq dəhlizə daxil olan ölkələrdə rəqəmsallaşma səviyyəsinə dair müqayisəli təhlil aparılıb və Azərbaycanın bu prosesdəki rolunu nümunəvi hesab etmək olar:

"Ölkədə elektron gömrük sistemləri, "bir pəncərə" mexanizmi, e-CMR (beynəlxalq elektron qaimə) üzrə texnoloji həllər tətbiq olunub. Eyni zamanda, nəqliyyatın bütün növlərinin rəqəmsal idarə olunması üçün vahid milli platformanın yaradılması istiqamətində işlər görülür".

Baş katib qeyd edib ki, TRACECA dəhlizinin 2030-cu ilə qədər rəqəmsallaşdırılması konsepsiyası təsdiqlənib və bu çərçivədə rəqəmsal transformasiya üzrə dövlətlərarası işçi qrupu yaradılıb: "Qrup iştirakçı ölkələr arasında elektron sənədlərin tətbiqi, rəqəmsal məlumatların mübadiləsi və İT sistemlərinin uyğunlaşdırılması üzrə fəaliyyətləri əlaqələndirir".

A.Asavbayev bildirib ki, rəqəmsallaşma sahəsində əsas nailiyyətlərdən biri Azərbaycan və Gürcüstan dəmir yolları, eləcə də Gürcüstan və Türkiyə arasında elektron daşıma məlumatlarının (CIM/SMGS formatında) uğurla mübadiləsidir: "Hazırda Qazaxıstan, Türkiyə, Ukrayna və bu sahəyə maraq göstərən Moldova ilə də analoji işlər aparılır".

Onun sözlərinə görə, rəqəmsallaşma, xüsusilə elektron yük qaiməsinin tətbiqi yüklərin emalını sürətləndirir, çatdırılma müddətini qısaldır və xərcləri azaldır: "Daşımaların həcminin artdığı və logistika zəncirlərinin mürəkkəbləşdiyi bir şəraitdə bu, xüsusilə əhəmiyyətlidir".

Baş katib əlavə edib ki, TRACECA çərçivəsində rəqəmsallaşdırma üzrə çoxtərəfli saziş layihəsi hazırlanıb və hazırda sənədin mətninə dair razılaşdırma prosesi aparılır: "Sazişin məqsədi iştirakçı ölkələrin qanunvericiliklərindəki fərqlər və rəqəmsal yetkinlik səviyyəsindəki uyğunsuzluqlardan irəli gələn maneələri aradan qaldırmaqdır".

Onun sözlərinə görə, konsepsiya çərçivəsində avtomobil daşımaları üçün elektron icazələrin tətbiqi planı da təsdiqlənib: "Bu, logistika proseslərinin sadələşdirilməsi istiqamətində mühüm addımdır".

A.Asavbayev vurğulayıb ki, əsas məqsəd milli informasiya sistemlərinin, o cümlədən Azərbaycanın Qazaxıstan, Türkmənistan, Gürcüstan və digər ölkələrlə uyğunluğu və inteqrasiyasını təmin etməkdir: "Lakin iştirakçı ölkələrdə rəqəmsallaşma səviyyəsi və prioritetlər fərqlidir. Bu fərqləri nəzərə alaraq, koordinasiyalı əməkdaşlıq sayəsində dəhlizin tam rəqəmsal transformasiyasına nail olmaq mümkündür".

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 İyun 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri