Icma.az
close
up
RU
TRACECA aktivləşir: İran Azərbaycan Gürcüstan marşrutu gündəmdədir

TRACECA aktivləşir: İran Azərbaycan Gürcüstan marşrutu gündəmdədir

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu dəhliz İranı Qafqaz üzərindən Qara dənizə və Avropa bazarlarına birbaşa çıxışla təmin edə bilər. Beləliklə, İran sanksiyalar fonunda iqtisadi alternativlərini genişləndirmiş olur”

İran TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif edir. Bu barədə ölkənin yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe bildirib. O qeyd edib ki, sözügedən təşəbbüs İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin bu yaxınlarda Azərbaycana səfəri zamanı səsləndirilib və rəsmilər tərəfindən bəyənilib.


Müşavirin sözlərinə görə, bu il İranın yol və şəhərsalma naziri TRACECA Hökumətlərarası Komissiyasına sədrlik edəcək. Bundan əlavə, A.Tərfe vurğulayıb ki, İran və Türkmənistan arasında illik tranzit daşımalarının həcminin 20 milyon tona çatdırılmasını nəzərdə tutan “yol xəritəsi” haqqında saziş imzalana bilər. O bildirib ki, sənədin İran və Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-19 may tarixlərində keçiriləcək iclası çərçivəsində imzalanması gözlənilir.  

Müşavir həmçinin qeyd edib ki, 2025-ci il martın 21-dən 2026-cı il martın 20-dək “Şimal-Cənub” dəhlizinin İran ərazisindən keçən şərq istiqaməti üzrə 3 milyon ton yükün daşınması planlaşdırılır. Xatırladaq ki, TRACECA bütün iştirakçı ölkələrin siyasi iradəsinə və ümumi səylərinə əsaslanan fəal tədbirlər vasitəsilə Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında iqtisadi münasibətlərin, ticarətin və nəqliyyat əlaqələrinin inkişafını nəzərdə tutan beynəlxalq səviyyədə tanınmış proqramdır. Bu gün TRACECA beynəlxalq nəqliyyat dəhlizi Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin 14 iştirakçı ölkəsinin – Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və Özbəkistanın nəqliyyat sistemini əhatə edir.

Qeyd edək ki, TRACECA-nın əsas məqsədlərindən biri də region ölkələri arasında nəqliyyat əlaqələrini artırmaqdır. İran bu platforma vasitəsilə daha fəal oyunçuya çevrilməyə çalışır və regional inteqrasiyaya töhfə vermək istəyir. Bu, İranın regional nəqliyyat və logistika sahəsindəki fəal rolunu gücləndirməyə yönəlmiş strateji addımlardan biridir. Proqnozlara görə, İranın TRACECA   çərçivəsində İran–Azərbaycan–Gürcüstan tranzit dəhlizinin yaradılması təşəbbüsü, regionda nəqliyyat-logistika sahəsindəki dinamikanın yenidən formalaşmasına səbəb ola bilər. 


Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi də “Sherg.az”a açıqlamasında TRACECA-nın hazırda Avropa-Qafqaz-Asiyanı logistik olaraq birləşdirən böyük layihə olduğunu bildirib. Onun sözlərinə görə, bu marşrut üzrə Avropa və Asiyanın 14 ölkəsi iqtisadi, ticarət  və nəqliyyat əlaqələrinin inkişafına xidmət etmək üçün yaradılıb: 

“Hazırda Litvanın şəbəkəyə müşahidəçi qismində qoşulması layihənin perspektivinin uğurlu olacağına işarədir. İranın TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizi təşəbbüsünü regional nəqliyyat marşrutlarına və Azərbaycanın tranzit potensialına müsbət təsir göstərəcəyi şübhəsizdir. Təbii ki, bu təklif əsasən İran üçün həyatı vacibdir, lakin bu istiqamətdə logistik xidmətlər üçün bizə də geniş imkanlar aça bilər.  Bu layihə iştirakçı dövlətlər arasında tranzit ödənişlərin rəqabətli səviyyədə saxlanılması razılığına və sərhəddən keçmənin rəsmiləşdirilməsini  sadələşdirəcək. TRACECA Mərkəzi Asiyanı dəniz yolları vasitəsilə dünya bazarları ilə birləşdirən ən qısa və potensial cəhətdən ən sürətli və ən ucuz marşrut hesab olunur. Bu dəhliz İranı Qafqaz üzərindən Qara dənizə və Avropa bazarlarına birbaşa çıxışla təmin edə bilər. Beləliklə, İran sanksiyalar fonunda iqtisadi alternativlərini genişləndirmiş olur. Azərbaycanın tranzit ölkə kimi mövqeyi daha da güclənir və əlavə gəlir imkanları yaranır. Gürcüstan limanları (Poti, Batumi) vasitəsilə bu dəhliz Qara dənizə çıxışı təmin edir, ölkənin tranzit rolu artır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 May 2025 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri