Baş katib: Qazaxıstan Azərbaycan fiberoptik kabeli strateji rəqəmsal körpü olacaq
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Qazaxıstan-Azərbaycan fiberoptik kabel layihəsi Türk dövlətləri arasında strateji rəqəmsal körpü rolunu oynayacaq.
"Yeni Sabah" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Azərbaycan tərəfindən həyata keçirilən rəqəmsal aqroplatforma layihələri də regionda innovasiya və texnologiyanın inkişafına mühüm töhfə verir. Enerji sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır. Xəzər regionunda həyata keçirilən layihələr Türk dövlətləri arasında enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizi vasitəsilə fiberoptik kabel layihəsi Türk dünyasının rəqəmsal bağlantısının gücləndirilməsi baxımından mühüm addımdır. Bu layihə Türk dövlətləri arasında strateji rəqəmsal körpü rolunu oynayacaq”, - deyə Kubanıçbek Ömüraliyev qeyd edib. Sezar pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 15 May 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















