Icma.az
close
up
RU
Azərbaycan Qazaxıstan münasibətləri: gələcəyə hesablanmış strateji tərəfdaşlıq

Azərbaycan Qazaxıstan münasibətləri: gələcəyə hesablanmış strateji tərəfdaşlıq

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin dinamik inkişafı açıq və hərtərəfli xarakterə malikdir. Dövlətlərarsı əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin mökəmlənməsinə, ölkələrimiz arasında əməkdaşlığın daha da güclənməsinə səbəb olub. Azərbaycan və Qazaxıstan çoxəsrlik dostluq ənənələrini qoruyub saxlamağa, genişləndirməyə, eləcə də münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirməyə nail olub. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə edilən razılıqlar münasibətlərin dinamik inkişafına və strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatıb. Bu günlərdə - 18 oktyabr 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın "Kazinform" agentliyinə verdiyi müsahibəsində xalqlarımız arasında tarixi qardaşlıq, dostluq bağlarıına toxunularaq strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri diqqətə çəkilib. Dövlət başçımızın sualları cavablandırarkən bildirdiyi kimi Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Prezident ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoq olduğunu diqqətə çəkib.

Azərbaycan-Qazaxıstan əlaqələri bu gün formalaşmış etibarlı tərəfdaşlığın, strateji əməkdaşlığın təzahürüdür. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun və qardaşlığımızın bariz təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan işğaldan azad edilmiş Füzuli şəhərində tikilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Hazırda həmin mərkəzdə 100-ə yaxın uşaq təhsil alır.

Ölkələr arasıında möhkəm hüquq-müqavilə bazası olan 170-ə qədər sənəd işlənib hazırlanıb ki, bu da müxtəlif sahələri əhatə edir. "Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək istərdim", - deyən Prezident bildirib ki, bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

Strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlərin imzalanması ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir. Əlbəttə ki, bu sırada Qazaxıstan və Azərbaycan arasında müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyəti vurğulayarkən bir sıra aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelər nümayiş etdirdiklərini də qeyd etməliyik.

Ölkələrimiz arasında regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş coğrafiyada səmərəli əməkdaşlıq üçün böyük önəm daşıyır. İki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir.

Azərbaycan – Qazaxıstan arasında 2024-cü ildə əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar olub və 2025-ci ilin yanvar-avqust aylarında isə 547 milyon dollara çatıb. Bu göstəricilər Orta Dəhlizin potensialından səmərəli istifadənin, eləcə də nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsinin göstəricisidir. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var.

Azərbaycan Prezidenti onu da bildirib ki, Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. 2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir. 2022-ci ilin sonlarında Aktauda imzalanan Azərbaycan, Qazaxıstan, Türkiyə ərazilərində Orta Dəhlizin inkişafı üzrə 2022−2027-ci illəri əhatə edən Yol Xəritəsi bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Xüsusi olaraq qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra region və dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri daha da genişləndirdi, bir sıra qurumlarla yeni əlaqələr yaratdı. Türk dünyasının bir araya gəlməsi ən mühüm məsələlərdən biri kimi diqqəti cəlb edir. "Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür", - deyə Prezident bildirib.

Müasir dünyada türkdilli dövlətlər arasında qurulan əməkdaşlıq daha aydın görünür. Bu münasibətlərin güclənmiş və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərməsi əlbəttə ki, türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi mühüm rol oynayır. Türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Türkdilli ölkələrin vahid platformada birləşməsi ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır.

Ortaq soykökə və tarixi-mədəni əlaqələrə malik olan ölkələrimiz arasındakı münasibətlər siyasi, iqtisadi, mədəniyyət və humanitar sahələrdə də davamlı olaraq inkişaf edir. Görülən işlər deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan əlaqələri qardaş dövlətlərin maraqları çərçivəsində inkişaf edərək əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaq və bu münasibətlər hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq daha da genişlənəcəkdir.

Natiq ALLAHVERDİYEV,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see330

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see254

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see208

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see171

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see140

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see127

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri