Baş məşqçi 20 ildən sonra klubdan gedir
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Almaniyanın “Haydenhaym”ı klubunun baş məşqçisi Frank Şmidt mövsümün sonunda komandadan ayrılacaq.
QOL.az xəbər verir ki, bu barədə 2-ci bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
52 yaşlı mütəxəssis başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib. Beləliklə, onun 2007-ci ilin sentyabrından davam edən “Haydenhaym”dakı fəaliyyəti başa çatacaq.
Şmidt ayrılmaq qərarını məşqçilik fəaliyyətinə fasilə vermək istəyi ilə əlaqələndirib.
“Son həftələrdə qərara gəldim ki, seçim etməyin vaxtıdır. “Haydenhaym”da baş məşqçi kimi təxminən 20 ildən sonra yayda sadəcə fasilə vermək istəyirəm. Diqqətimi yalnız bu mövsümün sonuna qədər komandamızla mümkün olan ən yaxşı nəticəni əldə etməyə yönəldəcəyəm. Birlikdə Almaniya futbolunda unikal tarix yazmışıq. Amma sonuncu fəsil hələ bitməyib. Qarşıdakı dövrü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Frank Şmidt “Haydenhaym”ı 2007-ci ildən çalışdırır. Həmin vaxt 4-cü liqada mübarizə aparan kollektiv ötən mövsüm bundesliqadan 2-ci bundesliqaya düşüb.
Şmidt Almaniyada bir klubda ən çox işləyən mütəxəssis kimi tarixə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Noyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















