Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanın "Lion" klubunda böhran dərinləşməkdə davam edir.
QOL.az xəbər verir ki, "Stats Foot" nəşrinin məlumatına görə, komandanın baş məşqçisi Paulo Fonseka klubun 34 illik antirekordunu təkrarlayıb.
Portuqaliyalı mütəxəssis 1992-ci ildən bəri ardıcıl 9 rəsmi matçda (5 heç-heçə, 4 məğlubiyyət) qələbə qazana bilməyən ilk "Lion" məşqçisi kimi tarixə düşüb. Sonuncu dəfə belə bir uğursuz seriya 1992-ci ilin aprel və sentyabr ayları aralığında əfsanəvi mütəxəssis Raymon Domenekin rəhbərliyi altında qeydə alınıb.
Hazırda Fonsekanın komandadakı vəziyyəti getdikcə kritikləşir. Çempionlar Liqasına qayıtmağı hədəfləyən "Lion" ardıcıl xal itkiləri səbəbindən bu məqsədindən xeyli uzaqlaşıb.
Qeyd edək ki, Fransa Liqa 1-in 28-ci turu çərçivəsində keçirilən "Anje" - "Lion" matçı qolsuz bərabərliklə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 05 Aprel 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















