Baş məşqçi onun milliyə getməsinə razı deyil
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“Sanderlend”in baş məşqçisi Regis Le Bris Niderland millisinin Brayan Brobbeyi qarşıdakı beynəlxalq fasilədə yığmaya dəvət etməməsinə ümid edir.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, fransalı mütəxəssis hücumçunun fiziki vəziyyətinin hələ tam bərpa olunmadığını bildirib.
Brobbey əvvəlki beynəlxalq fasilədə Almaniya ilə oyunda (1:1) bud əzələsindən zədə alıb. O, ötən bazar günü klubunun heyətində ilk matçına çıxıb.
“Yenidən zədələnsə, bu, həm Niderland millisi, həm də bizim üçün problem olacaq. Buna görə də yığmanın baş məşqçisi ilə danışacağam. Brobbey optimal formasına yaxındır, amma hələ tam matç keçirməyə hazır deyil. Fiziki vəziyyətinin 80-90 faiz olduğunu düşünürəm”, - deyə Le Bris bildirib.
Qeyd edək ki, Niderland millisi noyabrın 13-də Yunanıstan, üç gün sonra isə Almaniya ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 29 Oktyabr 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















