Baş məşqçi Slovakiya üzərində qələbədən sonra: “Bu uğur tarixidir”
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisinin baş məşqçisi Anar Sarıyev Slovakiya üzərində qazanılan qələbəni dəyərləndirib.
Moderator.az bildirir ki, baş məşqçi bildirib ki, komanda ilk oyundan sonra rəqibi tam təhlil edə bilmədiyi üçün müəyyən çətinliklərlə üzləşib: “İlk oyundan sonra rəqibi tam təhlil edə bilmədiyimiz üçün müəyyən çətinliklərlə qarşılaşdıq. İsveç qrupda 3-də 3 etməklə nə qədər güclü kollektiv olduğunu göstərdi. Lakin uşaqlar Slovakiya ilə qarşılaşmada əsl əzmkarlıq, gözəl basketbol və vətən sevgisi nümayiş etdirərək layiqli bir qələbə qazandılar.”
Anar Sarıyev komandanın bütün üzvlərini təbrik edərək bu uğurun Azərbaycan basketbolu üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Millimizin bütün üzvlərini təbrik edirəm. Bu, komandamız üçün çox böyük və tarixi bir qələbədir. İnşallah, növbəti oyunlarda da azarkeşlərimizi yaxşı nəticələrlə sevindirməyə çalışacağıq”, – deyə baş məşqçi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 12 İyul 2026 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















