Baş mühəndis: Fövqəladə hallara hazırlıq yalnız texniki məsələ deyil, həm də insanların həyatını qorumaq məsuliyyətidir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 14 avqust, AZƏRTAC
“Sea Breeze Resort” istirahət və yaşayış kompleksində keçirilən bugünkü təlim fövqəladə hallara hazırlığın və təhlükəsizlik mədəniyyətinin artırılmasına mühüm töhfədir. Fövqəladə hallara hazırlıq yalnız texniki məsələ deyil, həm də insanların həyatını qorumaq məsuliyyətidir.
AZƏRTAC xəbər verir ki, bunu “Sea Breeze Nardaran İnvest” MMC-nin texniki təhlükəsizlik üzrə baş mühəndisi Cavanşir Zərbəliyev jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, həmin yaşayış və istirahət mərkəzinin ərazisində müəssisə rəhbərliyinin təşəbbüsü ilə Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanlanmış rəsmi müraciət əsasında nazirliyin müvafiq qurumları tərəfindən irimiqyaslı təlim-məşqlər uğurla həyata keçirilib: “Təlimlər iki mərhələdə təşkil olunub. Birinci mərhələdə maarifləndirmə işlərinin aparılması və müəssisənin əməkdaşlarının texniki bilik və bacarıqlarının artırılması məqsədilə nəzəri-praktiki təqdimatlar keçirilib. İkinci mərhələdə yanğınsöndürmə və fövqəladə vəziyyətlər üzrə praktiki təlimlər icra olunub. Şərti yanğın ssenarisi əsasında “köməksiz qalan şəxslərin mənzildən təxliyəsi”, həmçinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Dövlət Sularda Xilasetmə Xidmətinin iştirakı ilə “sudaboğulma riski altında olan şəxslərin” xilasetmə əməliyyatları yerinə yetirilib”.
Cavanşir Zərbəliyev qeyd edib ki, təlimlər FHN-in yüksək peşəkarlığa malik əməkdaşları tərəfindən təhlükəsizlik standartlarına tam uyğun şəkildə icra edilib və uğurla başa çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 14 Avqust 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















