XRİTDX də korrupsiya hüquqpozmalarına qarşı mübarizə üzrə seminar müşavirə keçirilib
Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində əməkdaşların maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir.
Operativ Media xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.
Bu çərçivədə Xidmətin hərbi qulluqçularının korrupsiya hüquqpozmaları ilə bağlı məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun eksperti, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli Xidmətə dəvət edilmişdir.
Tədbir zamanı Zaur İbrahimli korrupsiya ilə əlaqədar hüquqpozmalar, bu hüquqpozmalar üzrə məsuliyyət, eləcə də dövlət qulluğunda etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi kimi mövzularda maarifləndirici çıxış etmişdir.
Zaur İbrahimli, çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunu xüsusi vurğuladığını, bu sahədə yeni təşəbbüslərin irəli sürülməsinin vacibliyini qeyd etdiyini və sosial-iqtisadi inkişafa aparan yolda korrupsiyaya qarşı sistemli mübarizənin aparıldığını diqqətə çatdırmışdır.
Seminar-müşavirə iştirakçıların mövzu ətrafında suallarının cavablandırılması və fikir mübadiləsi ilə başa çatmışdır.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 29 Dekabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları