Baş nazir: Azərbaycanda 4600 dən çox Türkiyə şirkəti fəal iş aparır
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Bugünədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 mlrd. dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 mlrd. dollar sərmayə qoyub.
"APA-Economics" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov II Azərbaycan Türkiyə İnvestisiya Forumunda deyib.
O bildirib ki, Azərbaycanda 4600-dən çox Türkiyə şirkəti fəal iş aparır.
Eyni zamanda Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadi inkişafına öz töhfəsini verir.
"Qarşılıqlı sərmayə qoyuluşunu bundan sonra da ardıcıl şəkildə davam etdirmək əzmindəyik. Bu investisiyalar hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, xalqlarımızın rifah halının yüksəldilməsinə xidmət edir", - Baş nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 23 Dekabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















