Baş nazir Əli Əsədov Rusiyada işgüzar SƏFƏRDƏDİR
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dekabrın 11-də Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfər edib.
Bu barədə Redaktor.az-a Nazirlər Kabinetindən bildirilib.
Səfər Rusiya Hökumətinin Sədri Mixail Mişustinin dəvəti ilə baş tutub.
Ə.Əsədov MDB-nin Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.

Baş nazir Əli Əsədov Rusiyada işgüzar səfərdədir
11 Dekabr 2024 21:58

