Baş nazir etirazçıları “cinayətkar ünsürlər” adlandırdı
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Albaniya Baş naziri Edi Rama Tiranada etiraz aksiyaları zamanı polis tərəfindən saxlanılan şəxslərin tələbə deyil, nümayişlərin arxasında dayanan "cinayətkar ünsürlər” olduğunu bildirib.
Bu barədə ATA agentliyi məlumat yayıb.
"Hamısı şiddətli etirazlar zamanı polisi tərəfindən saxlanılıb. Onlar tələbə deyil, başqa bir şeydir. Bu şəxslərin şəhər terroru dalğasına qoşulmayan və dinc etiraz aksiyası keçirən tələbələrlə heç bir əlaqəsi yoxdur”, - Rama bildirib.
Hökumət başçısı saxlanılanları "korrupsiyalaşmış media, məşhurlar və televiziya aparıcıları tərəfindən qəhrəmanlaşdırılan cinayətkar ünsürlər” adlandırıb. O qeyd edib ki, hazırda həmin şəxslərin hamısı barəsində istintaq aparılır. Baş nazir qanunvericiliyə uyğun olaraq onların tam adlarını açıqlaya bilməyəcəyini deyib.
Tiranada iğtişaşlar oktyabrın 13-də tələbələrin Təhsil Nazirliyinin binası qarşısında keçirdikləri etiraz aksiyası ilə başlayıb. Nümayişçilər Ramanın istefasını tələb edirlər. Onlar inzibati binalara daxil olmağa çalışır, polislərə "Molotov kokteyli” atır və zibil konteynerlərindən qurulmuş barrikadaları yandırırlar. Polis isə buna cavab olaraq su şırnaqlarından, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edir. Albaniyanın müxalif Demokratik Partiyasının sədri Sali Berişa etirazlara dəstəyini ifadə edib.
Toqquşmalar başlamazdan əvvəl Tiranada Adriatik dənizi sahilində yerləşən Viosa-Narta qoruq ərazisində kurort tikintisini nəzərdə tutan hökumət layihəsinə qarşı 130 gündən artıq davamlı olaraq etiraz aksiyaları keçirilirdi.
Albaniyanın Xüsusi Antikorrupsiya Prokurorluğu bu ərazinin statusunda edilən dəyişikliklərlə bağlı araşdırma aparır. ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə məxsus "Affinity Partners” investisiya şirkəti həmin ərazini kurorta çevirmək istəyir.
Layihəyə yaşayış olmayan Sazan adası və qoruq ərazisinin bir neçə yüz hektarı daxildir.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 24 Oktyabr 2026 03:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















