Icma.az
close
up
RU
Baş nazir Trampla Kim Çen In arasında görüş olacağını istisna etmir

Baş nazir Trampla Kim Çen In arasında görüş olacağını istisna etmir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında dialoq platformasına çevrilə bilər.

Bizimyol.info xəbər verir ki, Cənubi Koreyanın baş naziri Kim Min-suk bu fikri "Bloomberg TV"yə müsahibəsində bildirib.

"Həm Kim Çen In, həm də Tramp hazırda iki ölkə arasında münasibətlərə müsbət yanaşırlar. Gözlənilməz nəsə həmişə baş verə bilər, ona görə də mən təmasların mümkünlüyünü istisna etməməliyik", - deyə baş nazir APEC sammiti çərçivəsində Şimali Koreya və ABŞ liderləri arasında mümkün dialoqla bağlı jurnalistin sualına cavabında bildirib.

Bununla belə, baş nazir əlavə edib ki, hazırda Pxenyanın mövqeyini dəyişməyə hazır olduğuna dair heç bir əlamət yoxdur.

Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In bəyan etmişdi ki, onun ABŞ-ın hazırkı prezidenti Donald Trampla münasibətləri ona Trampla bağlı “yaxşı xatirələr” qoyub.

2018-ci ilin iyununda Sinqapurda ilk dəfə ABŞ-Şimali Koreya sammiti keçirildi.

Tramp və Kim Çen Inın görüşündən sonra birgə sənəd qəbul edilib. Pxenyan bundan sonra Vaşinqtonun təhlükəsizlik zəmanəti müqabilində nüvəsizləşdirmə öhdəliyi götürüb. İkinci sammit 2019-cu ilin fevralında Hanoyda keçirilib.

Bir neçə görüşdən sonra, o cümlədən üz-üzə, Tramp və Kim Çen In razılığa gələ bilməyib və ortaq sənəd imzalamayıb.

30 iyun 2019-cu ildə Tramp və Kim Çen In arasında üçüncü görüş Koreya Respublikası ilə sərhəddə baş tutub.

Koreya Respublikasının sədrliyi ilə APEC sammiti oktyabrın 31-dən noyabrın 1-dək Kyoncu şəhərində keçiriləcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Sentyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri