Icma.az
close
up
RU
Baş nazirdən müxalifət liderinin döyülməsinə reaksiya: “Günah özündədir”

Baş nazirdən müxalifət liderinin döyülməsinə reaksiya: “Günah özündədir”

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

İrakli Kobaxidze: “Nasist və casus olduğunu ifşa edəndə bunu səbirlə qarşılamaq lazım idi”

Gürcüstanın Baş nazir İrakli Kobaxidze müxalifətdə olan "Gürcüstan Naminə" Partiyasının lideri, keçmiş Baş nazir Georgi Qaxariyanın Batumidə döyülməsi faktına reaksiya verib. Kobaxidze döyülməsinə görə Qaxariyanın özünü günahlandırıb.

““Gürcü Arzusu”ndan qalmaqalla ayrılan keçmiş hökumət başçısı ona “casus”, “nasist”, “Milli Hərəkat”ın ideoloji dəstəkçisi deyiləndə səbir göstərməli idi. Nasist və casus olduğunu ifşa edəndə bunu səbirlə qarşılamaq lazım idi. Qaxariya isə belə adlandırılmasına dözə bilməyib və şiddətə əl atıb, cavab alıb. Bu, təbii ki, cavabsız qalmayıb”, - Kobaxidze jurnalistlərə bildirib.

Qeyd edək ki, sabiq baş nazir yanvarın 15-nə keçən gecə Batumidəki “Sheraton” otelinin foyesində döyülüb. Ona üz nahiyəsinin sınığı və beyin silkələnməsi diaqnozu qoyulub.

Şahidlərin sözlərinə görə, hücumda hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının deputatı Dmitri Samxaradze və Acarıstan hökumətinin iqtisadiyyat nazirinin müavini Giorgi Manvelidze iştirak ediblər.

Həmin qruplaşma “TI Georgia”nın regional ofislərinin rəhbəri, media eksperti Zviad Koridzeyə də hücum edib. Jurnalistin bədənində sıyrıqlar və qançırlar yaranıb, eynəyi isə sındırılıb.

Polis zorakılıqla bağlı araşdırmalara başlayıb. 24 saat keçməsinə baxmayaraq heç kim saxlanılmayıb.

Çərşənbə günü hökumətyönlü “İmedi” telekanalı hadisə şahidi tərəfindən telefonda lentə alınmış Qaxariyanın döyülməsinin montaj edilmiş videosunu nümayiş etdirib. Görüntülərdən görünür ki, keçmiş Baş nazirə hücum onun rəqiblərinə stəkanı atmasından sonra baş verib.

“Sheraton” rəhbərliyi istintaqla əməkdaşlıq etdiyini və müşahidə kameralarının görüntülərini hüquq-mühafizə orqanlarına təqdim etdiyini bildirib. Müxalifət iş materiallarının saxtalaşdırılacağından ehtiyat edir.

“Gürcü Arzusu” “İmedi”nin görüntülərinə istinad edərək, günahkar kimi Qaxariyanın adını çəkir. Hakim partiyanın liderləri hadisənin hökumət rəsmisinə hücum kimi qiymətləndirilməsini və keçmiş Baş nazirə qarşı istintaqın başlanmasını istəyiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Yanvar 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see170

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see155

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see140

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see132

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri