Baş prokuror: Türk dövlətlərinin Baş Prokurorları Şurasının fəaliyyəti xüsusi qeyd edilməlidir
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Tarixi, dili, dini, mənşəyi bir olan türk xalqlarının birləşməsi Türk dünyasının görkəmli nümayəndələrinin mütərəqqi ictimai-siyası fikirlərində bərqərar olmağa xidmət edir.
“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluq və Ədliyyə Nazirliyi tərəfindən Şəbəkənin fəaliyyəti çərçivəsində “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, 2009-cu ildə Naxçıvan şəhərində imzalanan müqavilə ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının təsis edilməsi, daha sonra isə həmin təsisatın təkmilləşdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsi qardaş xalqlar arasında inteqrasiya proseslərinin yeni müstəviyə qədəm qoyub:
“Müzəffər Ali Baş Komandan, dövlət başçısı İlham Əliyevin qətiyyətinin, dahi Sərkərdə qabiliyyətinin, ölkəmizdə mövcud olan birlik və vəhdətin, müzəffər Azərbaycan Ordusunun rəşadət və peşəkarlığının təzahürü ilə əldə etdiyimiz parlaq qələbəni bütün Türk Dünyası Azərbaycan xalqı ilə birlikdə xüsusi sevinclə qeyd edib”.
K.Əliyev qeyd edib ki, bu birlik hüquq-mühafizə orqanlarının fəaliyyətinə çox müsbət təsir etmiş, qurumlar arasında faydalı əmakdaşlıq yaranıb:
“2021-ci ildə Bakı şəhərində əsası qoyulmuş Türk Dövlətləri Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının fəaliyyəti xüsusi qeyd edilməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 17 Dekabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















