Icma.az
close
up
RU
Müstəqil Azərbaycanın Baş prokurorları

Müstəqil Azərbaycanın Baş prokurorları

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Milli Məclis Prezident İlham Əliyevin Baş prokuror vəzifəsilə bağlı təqdimatına baxıb.
Müzakirələrdən sonra Kamran Əliyevin Baş prokuror kimi səlahiyyətləri daha 5 il müddətinə artırılıb.
 

Modern.az saytı müstəqil Azərbaycan Respublikasının Baş prokurorları barədə yazını təqdim edir.
Müstəqil Azərbaycanda Baş prokurorluq vəzifəsi ilk dəfə 5 fevral 1991-ci ildə təsis edilib. Bu vəzifəni tutan ilk şəxs isə İsmət Qayıbov olub. O bu vəzifəni 20 noyabr 1991-ci ilədək yerinə yetirib. 


İ.Qayıbov 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına işə qəbul olunduqdan sonra 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilib. 1975-ci ilin iyun ayından isə Bakı Şəhər Prokurorluğunda Cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından Bakı Şəhər Prokurorluğunun Ümumi nəzarət şöbəsinin rəisi, 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987–1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışıb.
İsmət Qayıbov 5 fevral 1991-ci ildə Azərbaycanın ilk Baş prokuroru təyin edilib. O, ermənilərin 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd yaşayış məntəqqəsində həyata keçirdiyi terror aktı zamanı - vertolyotun vurulması nəticəsində şəhid olub. 
İsmət Qayıbovun ölümündən sonra Baş prokuror vəzifəsini 1992-ci il 14 oktyabrına qədər Murad Babayev yerinə yetirib. 
M.Babayev 1968–1973-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977–1980-ci illərdə Bakı şəhərində açılmamış ölüm hadisələri üzrə müstəntiq, 1982-ci ildə Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb.


1987-ci ildə Azərbaycan SSR Baş prokurorunun müavini, 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib. 1992-ci ilin sonunda vəzifədən istefa verib. 1993-cü ilin fevralında Bakı şəhər Nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb. 
M.Babayev 2013-cü ildə vəfat edib.
 

Daha sonra Baş prokuror vəzifəsini 14 oktyabr 1992 - 30 iyun 1993-cü il tarixlərində İxtiyar Şirinov icra edib. 


İxtiyar Şirinov 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri, daha sonra isə Baş prokuror vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə qiyamçı Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb. O, 2022-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. 
 

İxtiyar Şirinovdan sonra Baş prokuror postuna Əli Ömərov gətirilirb. O 1993-cü ildən 8 oktyabr 1994-cü ilədək Baş prokuror işləyib.


Əli Ömərov 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının sıralarında olub. O, 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib, 1993-cü ildə Milli Məclisin üzvlüyünə qəbul olunub. Xocalı faciəsinə dair yaradılmış komissiyanın məsul katibi olub və faciənin törədilməsi, əmələ gəlməsi və nəticələri barədə əsas məruzəçi kimi çıxış edib. Əli Ömərov 3 iyul 1993-cü ildə Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olunub. 8 oktyabr 1994-cü ildə öz ərizəsi ilə vəzifəsindən vaxtından əvvəl azad olunub.
Əli Ömərov Baş prokuror olduğu dövrdə fəaliyyətdə olan daxili işlər və müdafiə nazirlərinə qarşı cinayət işləri başladıb və onların vəzifələrindən uzaqlaşdırılmasına nail olub.


Əli Ömərovun istefasından sonra Baş prokurorluq vəzifəsi 5 ay boş qalıb, daha sonra 22 mart 1995-ci ildə bu vəzifəyə Eldar Həsənov gətirilib. O həmin vəzifədə 5 il – 21 aprel 2000-ci ilə dək çalışıb. 


E.Həsənov 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirdikdən sonra uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini vəzifələrində çalışır.
Eldar Həsənov 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Prezident Heydər Əliyev tərəfindən Baş prokuror vəzifəsindən azad olunub. O, hazırda digər vəzifədə yol verdiyi qanunsuzluqlara görə cəzaçəkmə müəssinsəndə həbs cəzası çəkir.
Müstəqillik tarixində ən uzun müddət Baş prokuror kimi fəaliyyət göstərən Zakir Qaralov olub. O bu vəzifəni 20 il müddətində icra edib. Z. Qaralov 20 aprel 2000-ci ildən 1 may 2020-ci ilədək Baş prokuror işləyib. 

O, 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilib. 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981–2000-ci illərdə Baş Prokurorluğun Ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 May 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri