Icma.az
close
up
RU

Baş prokuror yanında ElmiMəsləhət Şurasının iclası olub

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında hüquq ictimaiyyəti üçün aktual olan məsələlər müzakirə edilib.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, müxtəlif dövlət qurumlarının əməkdaşlarının, hüquqşünasların, o cümlədən aparıcı ali təhsil və hüquq üzrə ixtisaslaşmış müəssisələrin professor-müəllim heyətinin, hakim və vəkillərin, habelə qeyri-hökumət təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Baş prokuror Kamran Əliyev çıxış edib.

K. Əliyev qeyd edib ki, dünyanın ən aktual bəşəri problemlərinin müzakirə edildiyi mühüm beynəlxalq platforma olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının məhz Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətli olub.

İclasda Şura üzvlərinə noyabrın 15-də Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə COP29 çərçivəsində 200-dən artıq xarici və ölkədaxili qonaqların iştirakı ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda keçirilmiş yüksək səviyyəli sessiyanın mahiyyəti barədə geniş məlumat verilib.

Həmçinin iclasda dünya prokurorlarının yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 110 yurisdiksiyadan və beynəlxalq təşkilatlardan 470-dən artıq xarici prokurorların qatıldığı İllik Konfransının və digər tədbirlərinin sentyabrın 28-dən oktyabrın 2-dək paytaxtımızda keçirildiyi, həmin tədbirlərdə dünya ictimaiyyəti üçün önəmli məsələlərin müzakirəyə çıxarılması ətrafında söhbət aparılıb.

Elmi-Məsləhət Şurasının iclası çərçivəsində prokurorluq orqanlarında kriminalistikanın nailiyyətlərindən istifadənin səmərəliliyinin artırılması müzakirəyə çıxarılaraq, hüquq mühafizə orqanlarının fəaliyyəti üçün kriminalistik biliklərinin vacibliyi, ali və ixtisaslaşmış təhsil müəssisələrində Kriminalistika fənninin tədrisinin təkmilləşdirilməsi, bu sahədə tədris planlarına rəqəmsal kriminalistika, penitensiar psixologiya, kriminoloji genetika kimi yeni fənn proqramlarının əlavə olunması, eləcə də, kibercinayətlərin müəyyən edilməsi və açılmasında kriminalistikanın rolu vurğulanıb.

Daha sonra tədbir iştirakçıları tərəfindən iclasda təqdimatları keçirilmiş Baş Prokurorluğun “Kriminalistika fənninin tədrisi və kriminalistik biliklərin tətbiqi vəziyyəti”, “Azərbaycan Prokurorluğunun qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyəti”, “Prokurorluq orqanlarının peşə hazırlığı, elmi-tədqiqat və metodiki iş sahəsində beynəlxalq əməkdaşlıq təcrübəsi: 2020 – 2024” adlı vəsaitləri böyük maraqla qarşılanıb.

Baş Prokurorluq gənc hüquqşünasların ixtisaslı kadr kimi formalaşmasına xüsusi diqqət yetirdiyi üçün ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edilir. Bundan başqa, prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünün qeyd edilməsi ərəfəsində 10 ali təhsil və hüquq üzrə ixtisaslaşmış müəssisələrinin 200-dən artıq tələbə və kursantlarının, eləcə də müəllim heyətinin nümayəndələrinin iştirakı ilə maraqlı və rəqabət şəraitində keçirilmiş ekoloji hüquqpozmalarla mübarizə mövzusunda interaktiv yarışın qaliblərinə Şuranın iclasında təntənəli şəkildə kuboklar və sertifikatlar təqdim edilib.

Sonda Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında qaldırılan məsələlərə dair ətraflı müzakirələr aparılıb, Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Dekabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri