Icma.az
close
up
RU
“Baş rolda çəkildiyim filmdə Leyla Şıxlinskaya ilə Amaliya Pənahova epizodik rol aldı” FOTO+ÖZƏL

“Baş rolda çəkildiyim filmdə Leyla Şıxlinskaya ilə Amaliya Pənahova epizodik rol aldı” FOTO+ÖZƏL

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Məni filmə Həsən Seyidbəyli dəvət edib. Təxminən 1966-cı il idi. Sonra 1974-cü ildə “Nəsimi”, 1975-ci ildə isə “Şir evdən getdi” filmlərində çəkilmişəm. Bundan başqa iki-“Sən niyə susursan?” və “Cazibə qüvvəsi” adlı filmlərim də var. Ondan sonra kinostudiyaya getməmişəm. O boyda kinostudiyamız var, amma baxımsız haldadır. Çox istərdim ki, təmir olunsun, insanlar gedib-gəlsinlər. Mən elə sənətkarlar tanıyıram ki, kino ilə yaşayırlar. Bu gün fəaliyyətsiz olsa belə tez-tez kinostudiyaya gedib-gəlirlər, oranın havası ilə nəfəs alırlar. Mən onları elə gözəl başa düşürəm ki.. Kinostudiya bağlandı və uzun illər filmlər çəkilmədi. Böyük durğunluq illəri yaşandı. Siz bir bilsəydiniz o illərdə nə qədər sənətkar dünyasını dəyişdi”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Rəna Səlimova deyib.

Aktrisa bildirib ki, rusdilli olduğu üçün hazırda heç bir filmə dəvət almır:

“İndi kino var ki, mən çəkilim? Mən Azərbaycan dilində danışmağa çətinlik çəkirəm. Heç bir rejissor özünü çətinliyə salmaq istəmir. O illərdəki rejissorlara fikriniz getməsin. Rusdilli olduğum üçün heç efirlərə də dəvət etmirlər. Mənim ehtiyacım da yoxdur. Amma Natavan Şeyxova efirdə rus dilində danışır, aşağıda Azərbaycan dilində tərcüməsi gedir. Mənə çatanda qadağalar var” deyə o bildirib.

Rəna Səlimova Leyla Şıxlinskaya ilə münasibətlərindən də danışıb:

“Biz birlikdə xoreqorafiya məktəbində oxumuşuq. Daha sonra məni “Cazibə qüvvəsi” filmində baş rola çağırdılar, ona isə epizodik rol verdilər. Həmin filmdə Amaliya Pənahova da epizodda çəkildi. Leyla Şıxlinskayanın anasını Tofiq Tağızadə gördü və ona aşiq olub evləndi. Bundan sonra Leyla xanımın kinoda parlaq dövrü başladı. Tofiq müəllim ona böyük dəstək oldu. Amaliya xanımla dünyasını dəyişənə qədər münasibətimiz oldu. Leyla xanımla 10 il əvvəl münasibətimiz var idi. Telefonla danışırdıq, amma görürdüm ki, münasibətimiz o deyil. Leyla xanım Şəfiqə Məmmədovadan da ağıllıdır” - deyə sənətkar bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri