Icma.az
close
up
RU
Baş tutmayan “Şəmkir” “Xankəndi oyunu digərləri üçün dərs olmalıdır!

Baş tutmayan “Şəmkir” “Xankəndi oyunu digərləri üçün dərs olmalıdır!

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Baş tutmayan “Şəmkir” – “Xankəndi" oyunu digərləri üçün dərs olmalıdır!

2-ci liqanın “Şəmkir” – “Xankəndi” oyunu baş tutmadı. Səbəb nə oldu? Məlumat verildiyi kimi, komandaların formalarının rənginin oxşar olması. 

Məsələyə qaydalar və ya çempionatın əsasnamə baxımından yanaşmaq istəməzdik. Amma PFL-in də yaydığı açıqlamadan görünür ki, bu məsələdə məsuliyyət "Şəmkir" klubunun üzərinə düşür. Elə isə istər-istəməz sual yaranır: bu məsələdə böyüdüləcək nə var idi? Böyük bir rayonda ucuz qiymətə 15 ədəd fərqli rəngdə istənilən oyun forması və ya istənilən geyim, lap adi boğazı yumru, qısaqol mayka tapmaq mümkün deyildi? Nəyə görə sadə, elementar bir məsələyə görə futbolumuzun onsuz da zəif olan imicinə zərbə vurulur? 

Yaxın keçmişdə hamı deyirdi ki, regionlarda futbol yoxdur. İndi isə dövlət hər komandaya bacardığı qədər dəstək verir. Futbolda “respect”, “fair-play”, həmçinin Azərbaycanda qonaqpərvərlik kimi anlayışlar var. Bir zamanlar “Bakı” klubu avrokuboklarda rəqibini Bakıda qəbul edərkən rəqibin formasında problem yaranmışdı və klub dərhal özü məsələni həll etmiş, rəqibini oyun forması ilə təmin etmişdi.  Əslində qaydalara görə bu “Bakı” FK-nın işi deyildi. Amma futbol naminə bunu etmişdilər. Dəfələrlə bizim çempionatımızda da belə hallar olub: rəqib komandada forma problemi yarananda ev sahibi komanda özü formasını dəyişib. 

Sonuncu belə jesti “Qəbələ” komandası etmişdi. Formalar oyundan öncə təsdiqlənməsinə baxmayaraq, qonaq komanda oyuna səhv rəngdə forma gətirmiş və bu forma rəqibin forması ilə eynilik təşkil etmişdi. Qaydaya görə formalar oyundan əvvəl təsdiqləndiyinə görə “Qəbələ” komandası formasını dəyişməsəydi, qonaq komandaya texniki məğlubiyyət veriləcəkdi. 

Amma “Qəbələ” klubunun rəhbərliyi təşəbbüs göstərərək öz formasını dəyişmişdi. Belə də olmalıdır. Onsuz da II Liqanın keçirilməsinin əsas məqsədi kütləviliyin artırılmasıdır. Futbolun baş tutması naminə güzəşt və dəstək göstərilməlidir.  Rəqib komanda, AFFA nümayəndəsi, hakim-inspektor, hakimlər, çəkiliş qrupu 400 km, təxminən 5 saat yol qət edib gəliblər. Polis və təcili tibbi yardım avtomobili yerindədir, azarkeşlər oyuna bilet alıb tribunada yerini tutub. Təəssüf ki, bu vəziyyətdə “Şəmkir” klubu oyunun baş tutması üçün çalışmaq əvəzinə min bir bəhanə axtarır. Belə olmaz, cənablar! 

Dövlət bu pulu heç bir kluna boş yerə ayırmır. Ümumiyyətlə, bu məsələlər çox ciddi araşdırılmalıdır. Rayon icra hakimiyyəti və idman idarəsinin rəhbərliyi komanda rəhbərliyindən baş verənlərlə bağlı hesabat tələb etməlidir. AFFA və PFL isə təqsiri olanlara ciddi cəza tətbiq etməlidir ki, bu hadisə digər komandalar üçün də dərs olsun.

ELNUR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Mart 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri